Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dünyada » Ərdoğan: “Prezidentlə aramızı vurmağa kimsənin cürəti çatmaz”
07.08.12 02:58

Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğan “Ahaber” kanalında jurnalistlərin suallarını cavablandırıb. Baş nazir PKK-nı dəstəkləyən ölkələrin məlum olduğunu, ancaq indi ölkə adı çəkməyin problem yarada biləcəyini deyib. “KƏLAMİNFO” TRT-yə istinadən xəbər verir ki, terrorun hansı mənbələrdən bəsləndiyinin məlum olduğunu vurğulayan baş nazir qonşu ölkələr, Qərb ölkələri arasında da terrora dəstək verənlərin olduğunu söyləyib: “Türkiyə cümhuriyyəti və əziz millətimiz yalnız terror təşkilatına deyil, terror təşkilatının iplərini əlində tutan düşmən ölkələrə və dairələrə, terror təşkilatının iplərini əlində tutduğu canilərə də həddini bildirəcək gücdədir”. Ərdoğan ölkə daxilində və xaricində bəzi media quruluşlarının da terror təşkilatına dəstək verdiyini bildirib. Terror təşkilatı üçün ən mühüm şeyin öz təbliğatını apartdırmaq olduğuna diqqət çəkən baş nazir bunu edən yazılı və görüntülü media quruluşlarının olduğunu vurğulayıb. Baş nazir media patronlarıyla bu məsələni müzakirə etdiklərini, amma gözlənilən dəstəyi ala bilmədiklərini deyib. Prezident seçkiləri ilə bağlı diskussiyalara da münasibət bildirən Ərdoğan seçkilərə iki ildən çox vaxt qaldığını deyib: “Bizim Türkiyə olaraq bu anda çox işimiz var. Baxın, 2014-cü il üçün hədəflərimizi müəyyənləşdiririk, amma bir tərəfdən 2015, 2023-cü il üçün hədəflərimizi də müəyyənləşdiririk. Bu məsələnin gündəliyə bu şəkildə gəlməsi bizi üzdü. Hörmətli prezident ilə aramızı vurmağa kimsənin nə səlahiyyəti, nə də cürəti ola bilməz”. Suriyadakı proseslərlə bağlı sualın cavabında Ərdoğan hər gün Əsədin sonunun daha da yaxınlaşdığına inandığını deyib: "Suriyanın şimalındakı proseslərlə bağlı söylənənlər yalnız bəzi xəyali xəritələrdir. Bu xəyali xəritələrə göz yummağımız mümkün deyil. Türkiyə üçün İstanbul nədirsə, Suriya üçün Hələb odur. Ankara Türkiyə üçün nədirsə, Dəməşq Suriya üçün odur. Biri siyasi, digəri ticari mərkəzdir. Hazırda Əsəd rejimi Hələbdə toplanmağa çalışır. Ancaq müxalif qüvvələr xüsusilə kənar hissələrdən mühasirəyə alma məsələsində daha bacarıqlıdır. Şəhərin çox hissəsi onların nəzarəti və hakimiyyəti altındadır. Artıq finalı oynadıqlarını düşünürəm. Əlbəttə, gün vermək mümkün deyil. Amma hər gün Əsədin sonunun gəldiyinə inanıram”.
URL / WWW
http://kelam.az/article/a-6917.html