Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dünyada » Amerikanın ən məşhur binasının üzərində Azərbaycan bayrağının rənglərinə uyğun işıqlar yandırılacaq
07.08.12 01:58

Dünyanın ən hündür binalarından biri olan Nyu-Yorkdakı “Empire State Building” binasını avqustun 8-də Azərbaycan bayrağının rənglərinə uyğun işıqlar bəzəyəcək. “KƏLAMİNFO” “Qolos Amerika”ya istinadən xəbər verir ki, beynəlxalq biznes və tursizm mərkəzi olan “Empire State Building” 2012-ci il London Olimpiadasında dünya ölkələrinin milli komandalarını belə bir şəkildə alqışlayır. Olimpiada davam edən müddətdə binanın dörd tərəfinin hər birində iştirakçı ölkənin bayraqlarının rənginə uyğun işıqlar yandırılır. Binanın cənub tərəfdən divarı çərşənbə günü Azərbaycan bayrağının rənglərinə boyanacaq. Digər üç divarda isə Belçika, Venesuela və Honk-Konqun bayraqlarının rənglərini əks etdirən işıqlar yandırılacaq. Olimpiadada iştirak edən yalnız 200 ölkənin bayrağı Nyu-York göydələnin divarını işıqlandıracaq. Bu ölkələr Olimpiadada idmançıların sayına görə müəyyən edilir. Bu, artıq ikinci dəfədir ki “Empire State Building” üzərində Olimpiada iştirakçısı olan ölkələrin bayraqlarının rənglərinə uyğun olaraq işıqlar yandırılır. İlk dəfə binanın üzərində Olimpiya işıqları 1976-cı ildə yandırılıb.102 mərtəbəli “Empire State Building” hazırda Nyu-Yorkda ən hündür binasıdır. Burada bir sıra biznes şirkətlərinin ofisləri yerləşir, binada moda şouları, mətbuat konfransları, ziyafətlər və işgüzar görüşlər keçirilir. “Empire State Building” Hollivuddun sevimli çəkiliş obyekti kimi 250-dən çox kinofilmdə göstərilib.1931-ci ildə inşa edildiyi zaman “Empire State Building” dünyada ən hündür bina olub. Bina bu titulu 1972-ci ildə Dünya Ticarət Mərkəzinin qoşa binalarının inşa edilməsinə qədər 40 il müddətində saxlaya bilib. Nyu-Yorkun tarixi binalarından biri hesab edilən “Empire State Building” 2007-ci ildə Amerika memarlar institutunun keçirdiyi sorğuya əsasən Amerikanın ən çox sevilən memarlıq abidəsi adını qazanıb.
URL / WWW
http://kelam.az/article/a-6916.html