Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Azərbaycan Gənclər Parlamentinə imtahan verən namizədlərin adları açıqlanıb
06.08.12 15:58

Azərbaycan Gənclər Parlamentinə imtahan verən namizədlərdən növbəti mərhələyə keçənlərin adları açıqlanıb. “KƏLAMİNFO” xəbər verir ki, yekun olaraq daxil olan 1187 ərizədən 809 ərizə təsdiqlənərək namizədlər imtahana dəvət olunub. İmtahanlar Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən (www.dqmk.az) 23, 24, 25 iyul və 1, 2 avqust 2012-ci il tarixlərində keçirilib. İmtahanlarda ümumilikdə 543 namizəd iştirak edib və ən yüksək nəticə toplayan 208 nəfər növbəti mərhələyə keçmək şansı əldə edib. Siyahı tam olaraq Azərbaycan Gənclər Parlamentinin rəsmi saytında www.agp.az yerləşdirilib. Müsahibə mərhələsinin tarixi və vaxtı ilə bağlı məlumatlar yaxın vaxtlarda açıqlanacaq.Xatırladaq ki, Gənclər Parlamenti 11 nəfərlik təşəbbüs qrupu tərəfindən irəli sürülmüş uzunmüddətli bir layihədir.Layihənin əsas məqsədi gəncləri narahat edən problemlərin müzakirəsini dövlət və ictimaiyyət qarşısında qaldırmaq və gənc vətəndaşların dövlətdə gedən proseslərdə iştirakını təmin etmək, mədəniyyətlərarası dialoq, beynəlxalq anlaşma, fikir və təcrübələrinin müxtəlifliyini təbliğ etmək, həmçinin Azərbaycan gənclərinin şəxsi bacarıqlarının inkişafına və fikirlərini sərbəst ifadə etmək üçün forumun təşkil edilməsinə yardım etməkdir.
URL / WWW
http://kelam.az/article/a-6913.html