Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Sərhəd pozucularının sayı 2008-ci illə müqaisədə 13% azalıb
30.01.10 03:09

2009-cu il ərzində tutulan sərhəd pozucularının sayı 2008-ci illə müqayisədə 13% azalıb. KƏLAMİNFO xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin 2009-cu ildəki xidməti-döyüş fəaliyyətinin təhlilinə həsr olunmuş kollegiya iclasında Sərhəd Qoşunlarının Komandanı Elçin Quliyev məlumat verib. E.Quliyev qeyd edib ki, 2009-cu il ərzində dövlət sərhədi və sərhəd rejimi pozuntularında iştirakı olan 4899 nəfər saxlanılıb, bunların 355 nəfəri sərhəd pozucusu olub. O, ötən il ərzində tutulan sərhəd pozucularının 39,2%-nin (96 halda 139 nəfər) Azərbaycandan müvafiq ölkələrə keçərkən, 60,8%-nin isə (144 halda 216 nəfər) müvafiq ölkələrdən Azərbaycana gələrkən saxlanıldığını bildirib. Rəisin sözlərinə görə, il ərzində dövlət sərhəddinin quru hissəsində sərhədi pozmağa cəhd edərkən tutulan Azərbaycan vətəndaşlarının 49,3%-ni sərhədyanı rayonların sakinləri təşkil edir.E.Quliyev əlavə etdi ki, ötən il ərzində dövlət sərhəddini 76 halda 119 nəfər saxta, 28 halda 28 nəfər başqasının sənədilə və 16 halda 17 nəfər gizli şəkildə sərhəd nəzarət məntəqələrindən keçməyə cəhd edərkən saxlanılıb. O, həmçinin ötən il ərzində axtarışda olan 1045 nəfərin tutulduğunu bildirdi. Ötən il həmçinin 665 halda təqribi məbləği 3 mln. 52 min manat dəyərində qaçaqmalın tutulduğunu vurğulayan E.Quliyev il ərzində 309 kq 109,4 qram narkotik maddənin dövlət sərhəddindən keçirilməsinin qarşısının alındığını qeyd edib. O, hesabat dövründə ümumi çəkisi 16,8 ton olan 69,1 min ədəd yabanı halda bitmiş narkotik tərkibli bitkinin aşkarlanaraq məhv edildiyini söyləyib.
URL / WWW
http://kelam.az/article/a-691.html