Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dünyada » Ukraynada parlament seçkilərinə start verilib
03.08.12 20:07

Ukraynada oktyabr ayının 28-də keçiriləcək parlament seçkilərindən əvvəl 90 günlük kampaniyaya start verilib. Lakin ölkənin ən qabaqcıl müxalifət lideri Yuliya Timoşenko yarışlara qatıla bilməyəcək. 2010-cu ildə prezident seçkilərində məğlub olan Timoşenko həbs cəzası altındadır. İndi onu partiyasının Kiyevdəki qərargahında qızı Yevgeniya əvəz edir. “KƏLAMİNFO” “Lenta.ru”ya istinadən xəbər verir ki, ailəsini Londonda qoyub Kiyevə gələn Yevgeniya anasının azadlığa buraxılmasına çalışır: “Mənim anam dövlətin nəzarəti altında olan xəstəxanadadır. Həkimlərə daim təzyiq göstərilir. Məni onun həyatı qorxudur”. Rəy sorğularına görə, Timoşenkonun nüfuzu artmaqdadır. Hazırda o, prezident Yanukoviçin əsas rəqibidir. Timoşenkonun tərəfdarları onunla həmrəylik kampaniyasına başlayıb.
URL / WWW
http://kelam.az/article/a-6909.html