Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dünyada » Türkiyə Suriyadan ölkə ərazisinə kürdlərin hücum edə biləcəyindən narahatdır
03.08.12 20:07

Türkiyə rəsmiləri Suriya hökumətinin şimal bölgələrdə nəzarəti əldən itirməsinə nəticəsində kürd üsyançılarının Türkiyə ərazisinə hücumlar həyata keçirə bilməsilə bağlı narahatlıqlarını ifadə edir. “KƏLAMİNFO” “Rosbalt”a istinadən xəbər verir ki, son üç gün ərzində Türkiyənin şərqində toqquşmalar nəticəsində 22 PKK yaraqlısı qətlə yetirilib. Bu səbəbdən rəsmi Ankaranın Suriyada kürd qrupların fəaliyyətini gücləndirə bilməsi ilə bağlı narahatlıqları artır. PKK ilə əlaqəsi olan Suriya Demokratik Birlik Partiyasının Suriya-Türkiyə sərhəddinin 900 kilometrlik ərazisində nəzarəti ələ keçirdiyi bildirilir. Sərhəddin hər iki tərəfində yaşayan çox sayda etnik kürd həm siyasi və iqtisadi cəhətdən, həm də kriminal fəaliyyətlərlə bir-biri ilə bağlıdır.
URL / WWW
http://kelam.az/article/a-6908.html