Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dünyada » Əlillərin bərpa-müalicəsi Bolqarıstanda da təşkil olunacaq
03.08.12 20:07

Avqustun 6-da ilk dəfə olaraq ölkəmizdən 30 nəfər dayaq-hərəkət sistemi xəstəlikləri olan əlil vətəndaş 28 günlük bərpa-müalicə kursu keçmək üçün Bolqarıstanna yola salınacaq. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən “KƏLAMİNFO”ya verilən məlumata görə, daha 55 nəfər əlilliyi olan şəxs isə Ukraynanın Saki şəhərindəki N.Burdenko adına onurğa-beyin xəstəlikləri sanatoriyasına göndəriləcək. Bolqarıstan və Ukraynaya yola salınacaq əlillərlə bu gün keçirilən görüşdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İlqar Rəhimov əlil şəxslərin sağlamlığının bərpasının, onların tibbi-sosial reabilitasiyasının möhtərəm ölkə rəhbərinin sosial sahə ilə bağlı siyasətində mühüm yer tutduğunu, bu istiqamətdə tədbirlərin ilbəil gücləndiyini bildirib.Qeyd olunub ki, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununda əlillərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası sahəsində tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub. Bununla bağlı olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafiq əmri ilə təsdiqlənən “2012-ci ildə əlillərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı” bu təbəqələrdən olan şəxslərin sağlamlığının mühafizəsi və tibbi bərpası, onların xarici ölkələrdə reabilitasiyasına şəraitin yaradılması, sanatoriya-kurort müalicələrinin təşkili və s. istiqamətlərdə tədbirlər xüsusi yer tutur. Ənənəvi olaraq hər il əlilliyi olan şəxslər qrup halında Ukraynanın Saki şəhərindəki N.Burdenko adına onurğa-beyin xəstəlikləri sanatoriyasına göndərilir və həmin sanatoriyada aparılan ixtisaslaşmış fizioterapevtik müalicə kursu əlillərin səhhətində müsbət dəyişikliklər yaradır. Bununla yanaşı, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Bolqarıstan Respublikasının Əmək və Sosial Siyasət Nazirliyi arasında əldə edilmiş anlaşmaya əsasən, dayaq-hərəkət sistemi xəstəlikləri olan əlillərin bu ildən etibarən həmin ölkədəki sanatoriyalarda müasir müalicə metodları əsasında bərpa müalicələrinin təşkilinə başlanır.
URL / WWW
http://kelam.az/article/a-6907.html