Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » I və III ixtisas qrupuna daxil olan ixtisaslar üzrə qabiliyyət imtahanları başa çatıb
03.08.12 20:07

Azərbaycanda ali məktəblərin I və III ixtisas qrupuna daxil olan ixtisaslar üzrə qabiliyyət imtahanları başa çatıb. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bildirib. O qeyd edib ki, III ixtisas qrupu üzrə xüsusi qabiliyyət tələb edən ixtisaslara qabiliyyət imtahanlarında iştirak etmək üçün komissiya tərəfindən keçirilmiş seçmə turdan 3225 abituriyent müvəffəqiyyətlə keçərək qeydiyyata alınıb: “Onlardan 1417 nəfəri test imtahanında müvafiq müsabiqə şərtini ödəyərək qabiliyyət imtahanına qatılıb. Qabiliyyət imtahanından 998 nəfər müvəffəq qiymət alaraq ixtisas seçiminə buraxılıb”. TQDK sədri deyib ki, I ixtisas qrupu üzrə xüsusi qabiliyyət tələb edən ixtisaslara qabiliyyət imtahanlarında iştirak üçün 1089 abituriyent komissiya tərəfindən keçirilən seçmə turda qeydiyyatdan keçib: “Onlardan da 635 nəfəri test imtahanında müvafiq müsabiqə şərtini ödəyərək qabiliyyət imtahanına qatılıb. 446 nəfər qabiliyyət imtahanını uğurla verərək ixtisas seçiminə buraxılıb”. Onun sözlərinə görə, bütün qruplar üzrə ixtisas seçimi avqustun 7-dən 16-dək internet vasitəsilə aparılacaq.
URL / WWW
http://kelam.az/article/a-6905.html