Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » “Gənc məhkumların cəmiyyətə inteqrasiyasına ictimai dəstək” layihəsi start götürüb
04.08.12 02:07

Azərbaycan Gənclərinin Hüquqlarının Müdafiəsi Mərkəzi “Cəzaçəkmə müəssisələrindən azad olan gənc məhkumların cəmiyyətə inteqrasiyasına ictimai dəstək” layihəsinin icrasına start verib. Mərkəzdən “KƏLAMİNFO”ya verilən məlumata görə, layihə Gənclər və İdman Nazirliyinin dəstəyi ilə həyata keçirilir. Layihənin keçirilməsində əsas məqsəd maarifləndirmə işinin aparılması ilə azadlığa çıxmağa hazırlaşan gənclərin öz hüquqlarını bilməsinə, azadlıqda olduqda özlərinin sosial problemlərinin həll olunmasına və müxtəlif xidmətlərdən istifadə etməsinə kömək etməkdir. Layihə Ədliyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, habelə bu sahədə ixtisaslaşmış ictimai təşkilatlarla, “Cəza çəkməkdən azad edilmiş şəxslərə dəstək Mərkəzi” ilə sıx əməkdaşlıq etmək niyyətindədir.Layihə rəhbərliyi hesab edir ki, bunun nəticəsində cəza çəkməkdən azad olunan gənclərimizin cəmiyyətə inteqrasiyası prosesinə qismən də olsa yardım edilmiş olunacaq və bir çox gənclərin yenidən cinayət əməlinə əl atmasının, bir çox insanın isə təkrar cinayət qurbanına çevrilməsinin qarşısı alınmış olacaq.
URL / WWW
http://kelam.az/article/a-6902.html