Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Türkiyədə Azərbaycan diasporu ilə bağlı forum keçiriləcək
04.08.12 02:02

Türkiyənin Bodrum şəhərində “Xairici ölkələrdə yaşayan azərbaycanlıların cəmiyyətə inteqrasiyası: mövcud vəziyyət və perspektiv gözləntilər” mövzusunda forum keçiriləcək. Diasporla İş üzrə Dövlət Komitəsindən “KƏLAMİNFO”ya verilən məlumata görə, forumda Azərbaycanın dövlət və hökumət nümayəndələri, millət vəkilləri, dünyanın müxtəlif ölkələrində yaşayan 200-dək soydaşımız iştirak edəcək. Formda baş tutacaq görüşlərdə və müxtəlif panellər üzrə müzakirələrdə Rusiyada, Türkiyədə, Ukraynada, Gürcüstanda, ABŞ-da və digər ölkələrdə yaşayan azərbaycanlıların yaşadıqları ölkələrin cəmiyyətinə inteqrasiyası problemləri, bu ölkələrdəki Azərbaycan diaspor təşkilatlarının fəaliyyətinin gücləndirilməsi yolları ətrafında fikir mübadiləsi aparılacaq.Xatırladaq ki, forum çərçivəsində “Azərbaycan diasporu: ensiklopedik məlumat” toplusunun, “Dünya Azərbaycanlılarının III Qurultayı” kitab-diskinin təqdimatı, Azərbaycan incəsənət ustalarının çıxışı planlaşdırılıb. Forum avqustun 5-də 7-dək davam edəcək.
URL / WWW
http://kelam.az/article/a-6901.html