Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » “Bu meydan, bu ekran – 2010” kino layihələri müsabiqəsi elan edib
29.01.10 21:09

Mədəniyyət və Turizm Nazirliyi cari ilin yanvarın 29-dan aprelin 15-dək kinematoqrafiya sahəsində çalışan gənc mütəxəssislərə özlərini sınamaq üçün imkan yaratmaq, eləcə də uşaq mövzusuna kinematoqrafçıların diqqətini cəlb etmək, həmçinin audiovizual məhsul istehsalı ilə məşğul olan şirkətlərə dəstək vermək məqsədilə gənc kinematoqrafçılar üçün “Bu meydan, bu ekran – 2010” kino layihələri müsabiqəsi elan edib. Bu barədə məlumatı KƏLAMİNFO-ya Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən veriblər. Müsabiqəyə işləri film istehsalı ilə məşğul olan dövlət və müstəqil studiyalar, şirkətlər təqdim edə bilər. Müsabiqəyə təqdim olunan sənədlər eyni deviz altında olan iki bağlı zərfdə aprelin 15-dək Mədəniyyət və Turizm Nazirliyinə təqdim olunmalıdır. Sənədlər paketi tam olmadığı halda layihəyə baxılmayacaq. Münsiflər Heyətinin rəyi əsasında beş ən yaxşı layihə, onlardan ikisi uşaq mövzusunda olmaq şərti ilə, müəyyən ediləcək. Cari il ərzində qalib layihələr onları təqdim etmiş şirkətlərdə dövlət sifarişi ilə istehsalata buraxılacaq.
URL / WWW
http://kelam.az/article/a-690.html