Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Gənclər üçün Təhsil Mərkəzinin Mingəçevir Regional Ofisi açılıb
02.08.12 20:02

Bu gün Mingəçevirdə Gənclər üçün Təhsil Mərkəzinin yeni Regional Ofisi açılıb. Mərkəzin mətbuat xidmətindən “KƏLAMİNFO”ya verilən xəbərə görə, ofisin rəhbəri Tural Kərimov yeni məkanın açılması zərurətindən danışarkən bildirib ki, yeni məkan əsasən gənclərin tələbatını ödəmək üçün yaradılıb və burada gənclərin asudə vaxtının səmərəli keçməsi üçün hər bir şərait mövcuddur. Mərkəzin təsisçisi Vüsal Quliyev isə Mingəçevir şəhərində gənclərin daha da fəal olmasında maraqlı olduqlarını və belə ofislərinin ölkənin bir çox şəhərlərində yaradılacağını dilə gətirib. Mingəçevir şəhər Gənclər və İdman İdarəsinin rəisi Ramiz Əliyev isə gənclərə hər zaman dəstək olacaqlarını vurğulayıb. Yeni Regional Ofisdə gənclər üçün kompüter, internet, xarici dil kursları, maraq kursları, idman, mədəniyyət, musiqi və s. klubları fəaliyyət göstərir.
URL / WWW
http://kelam.az/article/a-6897.html