Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » “Avropa İttifaqının Azərbaycan ilə bağlı mövqeyində kifayət qədər dəyişiklik var”
02.08.12 20:02

“Əvvəlki illərdən fərqli olaraq indi Avropa İttifaqı Azərbaycanla münasibətlərə daha çox xüsusi önəm verir”. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə politoloq Mübariz Əhmədoğlu bu gün keçirdiyi mətbuat konfransında bildirib. Onun sözlərinə görə, Aİ prezidenti H.V.Pompeyin Bakıda olarkən verdiyi bəyanatlar İttifaqın Azərbaycan ilə bağlı mövqeyində kifayət qədər dəyişikliyin olduğunu göstərir və bu dəyişiklik müsbət tərəfədir: “Bu təkcə zaman faktoru ilə deyil, həm də Azərbaycan tərəfinin apardığı iş ilə bağlıdır. Aİ-nin Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı mövqeyindəki dəyişiklik də Azərbaycanın xeyrinədir”. M.Əhmədoğlu deyir ki, Ermənistanda olarkən H.V.Pompey Aİ-nin Dağlıq Qarabağ münaqişəsindəki mövqeyi ilə bağlı daha çox danışıb: “Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində Ermənistanın üzərində daha çox işin düşdüyü aydın görünür. ATƏT Minsk Qrupunun fəaliyyətini dəstəkləyən Aİ-nin münaqişənin tənzimlənməsində seçdiyi yol yardımçı olsa da, əslində, yeni yanaşmadır və Aİ rəsmiləri ardıcıl siyasət aparsalar, bu istiqamətdə dönüşə nail ola biləcəklər”. Politoloq bildirir ki, Aİ-nin fikrincə, DQ münaqişəsinin tənzimlənməsində vətəndaş cəmiyyətinin siyasi iradəsi ortalığa qoyulmalıdır. M.Əhmədoğli qeyd edir ki, Aİ TANAP layihəsi ilə bağlı müqavilənin imzalanmasından razıdır: “Bu elə əslində, Xəzər qazının Avropaya digər marşrutla da çatdırılması deməkdir. Türkmənistanı bu layihəyə qoşmaq Aİ-nin işidir. Avropa Parlamentinin 52 üzvü Azərbaycanla dostluq qrupu yaratmaq niyyətindədir”.
URL / WWW
http://kelam.az/article/a-6895.html