Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Mübariz Əhmədoğlu: “Moskva Dağlıq Qarabağ məsələsində Ermənistanın mövqeyindən uzaqlaşır”
03.08.12 02:02

“Artıq vaxt keçdikcə Rusiya Ermənistanın ikibaşlı oyunlarının antirusiya xarakterini daha çox anlayır”. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə bu gün keçirdiyi mətbuat konfransında Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu bildirib. Onun fikrincə, Ermənistan Moskvanın əlində alət olsa da, buna baxmayaraq, son zamanlar Rusiya İrəvana qarşı təzyiqlərini bütün formalarda gücləndirir. M.Əhmədoğlu deyir ki, Rusiya Ermənistanı MDB məkanında təklif etdiyi inteqrativ layihələrə üzvlüyə açıq şəkildə təhrik edir, Ermənistan iqtisadiyyatının daha çox seqmentlərini öz təsiri altına almağa başlayır: “Bu gün Rusiya hərbiçiləri Ermənistanın daxilində xeyli aktivləşib. Moskva Dağlıq Qarabağ məsələsində Ermənistanın mövqeyindən uzaqlaşır. Ermənipərəst Rusiya politoloqları Qarabağ məsələsində Ermənistanın xeyrinə hər cür şərh verməklə yanaşı, indiki dövrdə Ermənistanın Rusiyadan uzaqlaşmasının onun üçün təhlükəli olacağını da bildirirlər”. Politoloqun sözlərinə görə, Dağlıq Qarabağdakı qondarma seçkilər də rəqəmlər Ermənistan və dünya ermənilərinin Dağlıq Qarabağ siyasətini ifşa etdi: “Rəqəmlər əhalinin tamam fərqli əhval-ruhiyyədə olduğunu göstərir”. M.Əhmədoğlu onu da bildirib ki, Suriyada vəziyyətin gərginləşməsi Ermənistan üçün ilk növbədə siyasi və mənəvi problem yaradır: “Əvvəlcədən gəlib Ermənistandakı vəziyyətlə tanış olan Suriya erməniləri Ermənistanda qalmaq istəmirlər. Onlar Qərb dövlətlərinə getmək üçün Ermənistan vizası və ya vətəndaşlığı lazımdır. Ermənilər bu işin öhdəsindən gələ bilmirlər və ya gəlmək istəmirlər”.
URL / WWW
http://kelam.az/article/a-6894.html