Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Milli Məclisin yaz sessiyasının qanunvericilik işləri planına 22 qanun layihəsinin müzakirəsi daxil edilib
29.01.10 21:09

Milli Məclisin yaz sessiyasının qanunvericilik işləri planına 22 qanun layihəsinin müzakirəsi daxil edilib. KƏLAMİNFO xəbər verir ki, bu barədə məlumatı Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Nəsirov verib.“Bunlar Tikinti, Şəhərsalma, Rəqabət məcəllələri, “Məhkəmələrin fəaliyyəti haqqında informasiya əldə etmək haqqında”, “Məişət zorakılığının qarşısının alınması haqqında”, “Torpaqların dövlət ehtiyacı üçün alınması haqqında”, “Pambıqçılıq haqqında”, “Fərdi məlumatlar haqqında”, “Normativ hüquqi aktlar haqqında”, “Həbs yerlərində saxlanılan şübhəli və ya təqsirləndirilən şəxslərin hüquqlarının və azadlıqlarının təmin edilməsi haqqında”, “Sülhməramlı əməliyyatlarda iştirak haqqında”, “İctimai asayişin təmin edilməsində vətəndaşların iştirakı haqqında”, “Kənd təsərrüfatının kooperasiyası haqqında”, “Bələdiyyələrin hesabatları haqqında”, “İnsan immun çatışmazlığının törətdiyi xəstəliklə mübarizə haqqında”, “Kəşflərin hüquqi qorunması haqqında”, “Azərbaycanın inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında”, “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında”, “Elm siyasəti haqqında”, “Ali təhsil haqqında” Qanun layihələrindir”,-deyə MM rəsmisi vurğulayıb. A.Nəsirov bildirib ki, Azərbaycan prezidenti, Ali Məhkəmə, Baş prokuror, Naxçıvan Ali Məclisinin qanunvericilik təşəbbüsü ilə təqdim olunan qanun layihələri də yaz sessiyasının qanunvericilik işləri planına daxildir.
URL / WWW
http://kelam.az/article/a-689.html