Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dünyada » İraqda terror hücumları ABŞ-ın kəskin tənqidi ilə qarşılanıb
01.08.12 21:16

İraqda iyul ayının 23-də həyata keçirilən terror hücumları ABŞ-ın kəskin tənqidi ilə qarşılanıb. “KƏLAMİNFO” “Lenta.ru ”ya istinadən xəbər verir ki, son iki il ərzində yol verilən ən qəddar zorakılıq səbəbi ilə 115 adam həlak olub, onlarla insan yaralanıb. ABŞ Dövlət Departamentinin sözçüsü Viktoriya Niland deyib ki, “biz hücumları qətiyyətlə pisləyirik. Günahsız insanların hədəf alınması qorxaqlıqdır, xüsusilə də müqəddəs Ramazan ayında. Mən bunu qeyri-adi hal adlandırmaq istərdim. Lakin təəssüflər olsun ki, müqəddəs ayda terrorçuların hücumları qeyri-adi hal deyil”. Viktoriya Niland son illər İraqda təhlükəsizlik vəziyyətinin düzəldiyini deyib. O bildirib ki, Amerikanın İraqın təhlükəsizlik qüvvələrinə dəstəyi davam etdiriləcək.
URL / WWW
http://kelam.az/article/a-6883.html