Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Milli Məclisin adından istifadə edən “reket” qəzetlər ifşa olundu
29.01.10 21:09

Azərbaycanda Milli Məclisin adından istifadə edən “reket” qəzetlər fəaliyyət göstərir. KƏLAMİNFO xəbər verir ki, bu barədə məlumatı Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Nəsirov bu gün keçirdiyi mətbuat konfransında bildirib. A.Nəsirov belə qəzetlərin müxtəlif təşkilatlara gedərək Milli Məclisin adından istifadə etdiklərini söyləyib. O, sözügedən qəzetlərdən ikisinin - “Parlamentin sədası” və “Azərbaycan parlamenti” qəzetlərinin Mətbuat Şurası tərəfindən rəsmən “reket” qəzet kimi elan olunduğunu vurğulayıb. A.Nəsirov Milli Məclisin adından istifadə edən digər qəzetlərin də adını açıqlayıb. “Bunlar “Millət vəkili”, “Parlamentin səsi”, “Parlament”, “Parlament-2005”, “Parlament və Cəmiyyət”, “Deputatın tribunası”, “Parlament xəbərləri” qəzetləridir. Bu qəzetlərin Milli Məclislə heç bir əlaqəsi yoxdur. Milli Məclisin iki orqanı var. Bunlar “Milli Məclis” jurnalı və “Azərbaycan” qəzetidır”,-deyə A.Nəsirov əlavə edib.
URL / WWW
http://kelam.az/article/a-688.html