Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Ermənistanda əsir düşən azərbaycanlı əsgər ilə görüş olub
01.08.12 21:16

Ermənistandakı Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndəliyinin əməkdaşları bu ölkədə əsirlikdə saxlanılan azərbaycanlı hərbi əsirə baş çəkiblər. Bu barədə məlumatı “KƏLAMİNFO”ya BQXK-nin Azərbaycan nümayəndəliyindən veriblər. İyulun 31-də təşkilatın nümayəndələri azərbaycanlı əsirə baş çəkiblər. Ona ailəsindən 1 qızıl xaç məktubu çatdırılıb, ondan isə 2 qızıl xaç məktubu alınıb. Qeyd edək ki, iyulun 26-da Müdafiə Nazirliyinin N saylı Hərbi Hissəsinin əsgəri, 1992-ci il təvəllüdlü Fərəcov Firuz Mirzə oğlu qoşunların təmas xəttinin Tovuz rayonu istiqamətində azaraq Ermənistan silahlı bölmələrinə əsir düşüb.
URL / WWW
http://kelam.az/article/a-6876.html