Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Silahlı Qüvvələrə Yardım Fonduna yığılan vəsaitin həcmi artıb
02.08.12 02:15

Azərbaycanda bu ilin iyul ayı ərzində Silahlı Qüvvələrə Yardım Fonduna yığılan vəsaitin həcmi artıb. Bu barədə məlumatı “KƏLAMİNFO”ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən veriblər. Bu günə olan məlumata görə, Silahlı Qüvvələrə Yardım Fonduna yığılan vəsaitin həcmi 29 278 873 AZN, 199 791 ABŞ dolları və 593 Avro təşkil edir. Artım manat hesabında qeydə alınıb. Dollar və avro hesabında rəqəm dəyişməz qalıb. Silahlı Qüvvələrə Yardım Fondu Azərbaycan prezidentin 17 avqust 2002-ci il tarixli sərəncamı ilə yaradılıb. Sərəncama əsasən, Silahlı Qüvvələrə Yardım Fondu respublika ərazisində fəaliyyət göstərən fiziki və hüquqi şəxslərdən könüllü olaraq daxil olan vəsait və qanunvericiliklə qadağan olunmamış digər daxilolmalar hesabına formalaşır.
URL / WWW
http://kelam.az/article/a-6875.html