Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Məqalələr » “Ekoloji Tarazlığın Qorunması” İctimai Birliyi. Araşdırma – 7 (11)
09.07.12 19:39

Ətraf mühiti kim çirkləndirir...

2012-ci ilin 6 ayı ərzində 1343 akt və 460 protokol tərtib edilib

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ətraf mühitin mühafizəsinə nəzarəti həyata keçirən qurumları tərəfindən 2012-ci ilin 6 ayı ərzində hüquqi, fiziki şəxslər və vətəndaşlar tərəfindən yol verilmiş qanun pozuntularına görə 1343 akt və 460 protokol tərtib olunmuş, müəyyən edilmiş nöqsanların aradan qaldırılması üçün müvafiq qanunvericiliyə əsasən 583 icrası məcburi olan göstəriş verilmişdir.

Qanun pozuntusuna yol verdiklərinə görə hüquqi və fiziki şəxslərə qarşı, ümumilikdə 444 iş üzrə 2542011.1 manat məbləğində cərimə tətbiq edilmişdir.
İdarə və müəssisələrə 2773 iş üzrə 661447.82 manat məbləğində ödəmə tətbiq edilmiş, ondan 636019.25 manatın ödənilməsi təmin olunmuşdur. Tədbir görülməsi üçün hüquq mühafizə orqanlarına göndərilmiş 103 işdən 24-nə, icra qruplarına göndərilmiş 263 işdən 137-nə, məhkəmələrə göndərilmiş 106 işdən 62-nə baxılaraq müvafiq tədbirlər görülmüşdür.
Su ehtiyatlarının mühafizəsi üzrə 84 akt və 30 protokol tərtib olunmuş, müəyyən edilmiş nöqsanların aradan qaldırılması üçün müvafiq qanunvericiliyə əsasən 63 icrası məcburi olan göstəriş verilmişdir. Qanun pozuntusuna yol verdiklərinə görə hüquqi və fiziki şəxslərə qarşı, ümumilikdə 35 iş üzrə 41975 manat məbləğində cərimə tətbiq edilmişdir. İdarə və müəssisələrə 474 iş üzrə 57562.82 manat məbləğində ödəmə tətbiq edilmiş, ondan (əvvəlki illər də daxil olmaqla) 266924.27 manatın ödənilməsi təmin olunmuşdur. Tədbir görülməsi üçün hüquq mühafizə orqanlarına göndərilmiş 1 və icra qruplarına göndərilmiş 16 işə baxılmamışdır.
Atmosfer havasının mühafizəsinə nəzarət məqsədilə müvafiq araşdırmalar aparılaraq 219 akt və 32 protokol tərtib olunmuşdur. Aşkar olunmuş çatışmazlıqların aradan qaldırılması məqsədilə 172 icrası məcburi olan göstəriş verilmişdir. Qanun pozuntusuna yol verdiklərinə görə hüquqi və fiziki şəxslərə qarşı, ümumilikdə 36 iş üzrə 88850 manat məbləğində cərimə tətbiq edilmişdir. 1158 iş üzrə 169174.25 manat məbləğində ödəmə tətbiq edilmiş və ondan (əvvəlki illər də daxil olmaqla) 224272.04 manatın ödənilməsi təmin olunmuşdur. Tədbir görülməsi üçün icra qruplarına göndərilmiş 25 işdən 3-nə baxılaraq müvafiq tədbir görülmüş, məhkəməyə göndərilmiş 1 işə baxılmamışdır.
Torpağın mühafizəsi sahəsində aşkar olunmuş qanun pozuntularına görə 119 akt və 41 protokol tərtib olunmuşdur. Çatışmazlıqların aradan qaldırılması üçün 30 icrası məcburi olan “məcburi göstəriş” verilmişdir. Qanun pozuntusuna yol verdiklərinə görə hüquqi və fiziki şəxslərə qarşı, ümumilikdə 41 iş üzrə 59050 manat məbləğində cərimə tətbiq edilmişdir. İdarə və müəssisələrə 223 iş üzrə 23479 manat məbləğində ödəmə tətbiq edilmiş və ondan (əvvəlki illər də daxil olmaqla) 23573.50 manatın ödənilməsi təmin olunmuşdur. Tədbir görülməsi üçün hüquq mühafizə orqanlarına göndərilmiş 4 işdən 1-nə, məhkəmələrə göndərilmiş 1 işə baxılmamışdır. Məhkəmə İcraçılarına göndərilmiş 10 işdən 1-nə baxılaraq müvafiq tədbir görülmüşdür.
Yerin təkinin mühafizəsi sahəsində aşkar olunmuş qanun pozuntularına görə 62 akt və 27 protokol tərtib olunmuş, müəyyən edilmiş nöqsanların aradan qaldırılması üçün müvafiq qanunvericiliyə əsasən 13 icrası məcburi olan göstəriş verilmişdir. Qanun pozuntusuna yol verdiklərinə görə hüquqi və fiziki şəxslərə qarşı, ümumilikdə 58 iş üzrə 117600 manat məbləğində cərimə tətbiq edilmişdir. İdarə və müəssisələrə 37 iş üzrə 20178.42 manat məbləğində ödəmə tətbiq edilmiş və ondan (əvvəlki illər də daxil olmaqla) 51013.78 manatın ödənilməsi təmin olunmuşdur. Tədbir görülməsi üçün hüquq mühafizə orqanlarına göndərilmiş 4 işdən 2-nə, icra qruplarına göndərilmiş 38 işdən 12-nə və məhkəmələrə göndərilmiş 2 işdən 1-nə baxılaraq müvafiq tədbir görülmüşdür.
Tullantıların idarə olunması sahəsində dövlət nəzarətinin mövcud qanunvericiliyə uyğun tətbiqi nəticəsində 391 akt və 112 protokol tərtib olunmuş, müəyyən edilmiş nöqsanların aradan qaldırılması üçün müvafiq qanunvericiliyə əsasən 292 icrası məcburi olan göstəriş verilmişdir. Qanun pozuntusuna yol verdiklərinə görə hüquqi və fiziki şəxslərə qarşı, ümumilikdə 89 iş üzrə 307400 manat məbləğində cərimə tətbiq edilmiş, ondan 11133.46 manat ödənilmişdir. İdarə və müəssisələrə 881 iş üzrə 391053.33 manat məbləğində ödəmə tətbiq edilmiş və ondan 70235.66 manatın ödənilməsi təmin olunmuşdur. Tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına göndərilmiş 8 işə baxılmamış, icra qruplarına göndərilmiş 58 işdən 16-na baxılaraq müvafiq tədbir görülmüşdür.
Floranın mühafizəsi sahəsində aşkar olunmuş qanun pozuntularına görə 380 akt və 91 protokol tərtib olunmuş, müəyyən edilmiş nöqsanların aradan qaldırılması üçün müvafiq qanunvericiliyə əsasən 11 icrası məcburi olan göstəriş verilmişdir. Qanun pozuntusuna yol verdiklərinə görə hüquqi və fiziki şəxslərə qarşı, ümumilikdə 97 iş üzrə 1845499.6 manat məbləğində cərimə tətbiq edilmişdir. Tədbir görülməsi üçün hüquq mühafizə orqanlarına göndərilmiş 52 işdən 25-nə, icraçılar qrupuna göndərilmiş 73 işdən 16-na, məhkəmələrə göndərilmiş 13 işdən 6-na baxılaraq müvafiq tədbir görülmüşdür.
Faunanın mühafizəsi üzrə 88 akt və 127 protokol tərtib olunmuş, müəyyən edilmiş nöqsanların aradan qaldırılması üçün müvafiq qanunvericiliyə əsasən 2 icrası məcburi olan göstəriş verilmişdir. Qanun pozuntusuna yol verdiklərinə görə hüquqi və fiziki şəxslərə qarşı, ümumilikdə 88 iş üzrə 81636.5 manat məbləğində cərimə tətbiq edilmişdir. Tədbir görülməsi üçün hüquq mühafizə orqanlarına göndərilmiş 34 işdən 19-na, məhkəmələrə göndərilmiş 73 işdən 50-nə, icra qruplarına göndərilmiş 43 işdən 18-nə baxılaraq müvafiq tədbir görülmüşdür.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən 2012-ci ilin 01-15 iyul tarixlərində ölkə ərazisində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırma aparılmışdır.
Araşdırma zamanı hüquqi və fiziki şəxslər tərəfindən su və torpaq ehtiyatlarının, atmosfer havasının, yerin təkinin, fauna və floranın mühafizəsi, o cümlədən ətraf mühitə qanunsuz məişət və istehsalat tullantılarının yerləşdirilməsi sahəsində yol verilmiş qanun pozuntularına görə 82 akt və protokol tərtib olunmuş, nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 38 müddətli məcburi göstəriş verilmişdir.
Ümumilikdə, 21 iş üzrə 149200 manat məbləğində cərimə tətbiq edilmiş, ətraf mühitə tullantıların atılmasına və axıdılmasına görə hüquqi və fiziki şəxslərə 110 iş üzrə 12490.02 manat məbləğində ödəmə tətbiq edilmişdir. Tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına 6, məhkəməyə 1, icra qurumlarına isə 25 iş göndərilmişdir.


Xəzərdə  kompleks tədbirlər həyata keçirilir


Azərbaycan Xəzəryanı dövlətlər arasında yeganə ölkədir ki, dənizin və onun akvatoriyasının çirklənmədən qorunması üzrə kompleks tədbirlər həyata keçirir. Belə ki, Azərbaycan Respublikası Prezidenti tərəfindən imzalanmış 2007–ci il 20 iyun tarixli 2244 ¹–li “Xəzər dənizinin çirklənmədən qorunması üzrə bəzi tədbirlər haqqında” Sərəncama əsasən  Ekologiya və Təbii Sərvətlər Nazirliyi Abşeron yarımadasının kanalizasiya şəbəkəsi olmayan Bilgəh, Buzovna, Mərdəkan, Pirşağı, Nardaran sahil zolaqlarında və “Amburan” çimərliyi ərazisində, eləcə də Novxanı və Corat bağlarının sahil boyu ərazilərində beynəlxalq standartlara cavab verən 17 ədəd modul tipli təmizləyici qurğular quraşdırmışdır.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsi Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub sahil zolağında, çimərlik zonalarında və mühüm rekreasiya əhəmiyyətli qumsallıqlarda mütəmadi olaraq ekoloji vəziyyətin monitorinqini həyata keçirir.
Nazirlik tərəfindən modul tipli çirkab sutəmizləyici qurğuların quraşdırıldığı ərazilərdə (ABŞ, Almaniya, Türkiyə, Fransa, İtaliya, Tayvanda istehsal olunmuş və Türkiyədə komplektləşdirilmiş) aparılan monitorinqin nəticələrinə görə 2007-ci illə müqayisədə mikrobioloji baxımdan çirklənmənin qarşısı alınmışdır ki, bunun da nəticəsində Abşeron yarımadasının şimal zonasındakı ərazilərdən dənizə axıdılan tullantı suları idarə olunur.
Belə ki, təmizləyici qurğuların istismarı müddətində dənizdə mikrobioloji baxımdan çirklənmənin dərəcəsi tədricən azalmağa başlamış, son 5 il ərzində qeyd olunan sahələrdə bağırsaq çöplərinin miqdarı minimum həddə çatmışdır. Aparılan tədqiqatların nəticələrinə görə qeyd olunan çimərlik ərazilərində çirklənmə dərəcəsi artıq norma daxilindədir.
Lakin belə qurğuların quraşdırılmadığı məntəqələrdə ötən il olduğu kimi (Səbail rayonun Şıx və Qaradağ rayonun Sahil qəsəbəsinin çimərlik ərazisində) bu il də mikrobioloji baxımdan çirklənmə qeydə alınmışdır.
Belə ki, qeyd olunan bu ərazilərdə böyük həcmlə axıdılan tullantı suları müvafiq norma və standartlara uyğun təmizlənmədən dənizə axıdıldığına görə sözügedən ərazilərdə bağırsaq çöpü bakteriyalarının miqdarı normadan artıq müəyyən edilmişdir.
Qeyd edək ki, Abşeron yarımadasının sahil zolağında modul tipli təmizləyici qurğular quraşdırılmadan əvvəl dənizdən götürülən su nümunələri üzərində aparılmış təhlillər zamanı mikrobioloji baxımdan bağırsaq çöpü bakteriyalarının miqdarı normadan dəfələrlə artıq təyin edilmişdir. Lakin ETSN tərəfindən modul tipli təmizləyici qurğular quraşdırıldıqdan sonra həmin ərazilərdə mütəmadi keçirilən monitorinqlər nəticəsində çirklilik dərəcəsinin tədricən azalması qeydə alınmışdır.
Respublika Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən aparılan təhlillərin nəticələrinə görə də qeyd olunan çimərlik ərazilərində çirklənmə dərəcəsi artıq norma daxilindədir.
ETSN və Respublika Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən birgə keçirilən monitorinq zamanı dənizdən götürülən su nümunələri üzrərində aparılan laborator təhlillərin nəticələri qeyd olunan sahələrdə bağırsaq çöplərinin miqdarının minimum həddə çatmasını təsdiq edir. Göründüyü kimi, son 5 il ərzində qeyd olunan sahələrdə bağırsaq çöplərinin miqdarı norma həddinə çatmışdır.
Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən modul tipli təmizləyici qurğular quraşdırılmış qəsəbələrin sahil zolağında aparılan son tədqiqatların nəticələri bunu deməyə əsas verir ki, qeyd olunan qəsəbələrin sahil zolağındakı çimərlik sahələri (Sumqayıt, Sahil qəsəbəsinin “Sahil” və “Şıx” çimərliklərindən başqa) yay mövsümü ilə əlaqədar çimərlik kimi istifadəyə yararlıdır.


Qeyd edək ki, bu araşdırma Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının layihəsi əsasında hazırlanıb.
URL / WWW
http://kelam.az/article/a-6873.html