Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Məqalələr » “Ekoloji Tarazlığın Qorunması” İctimai Birliyi. Araşdırma – 6 (10)
07.07.12 19:39

Uğurlu ekoloji siyasət

Təbiətin hər qarışına qayğı ilə yanaşmaq Vətənə sevgimizin tərkib hissəsi olmalıdır və bu sevginin təzahürü kimi təbiəti, onun gözəlliklərini gələcək nəslə çatdırmağı hər bir vətəndaş özünə borc bilməlidir. 1993-cü ildə ümummilli lider Heydər Əliyev hakimiyyətə gəldikdən sonra onun  qayğısı və təşəbbüsü ilə uzun illər ərzində yaranmış və müstəqil Azərbaycana miras qalmış ekoloji problemlər təhlil edilərək, onların kompleks həllinə yönəldilən və davamlı inkişaf prinsiplərinə əsaslanan 5 Milli və Dövlət Proqramı təsdiq edilərək icrasına başlanıldı. Respublikamızda mövcud olan qoruq və yasaqlıqların əraziləri genişləndi, milli parklar yaradıldı, ətraf mühitin sağlamlaşdırılması istiqamətində tədbirlər həyata keçirildi.

Hazırda iqtisadi inkişafla bərabər ətraf mühitin sağlamlaşdırılması, təbii sərvətlərdən xalqımızın rifahının yaxşılaşdırılması naminə istifadə edilməsi prezident İlham Əliyevin daim diqqət mərkəzindədir. 23 may tarixinin Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin peşə bayramı günü kimi qeyd olunması barədə prezident İlham Əliyevin Sərəncamı ölkə başçısının bir daha ətraf mühit sahəsinə olan diqqətinin nəticəsidir.
Dövlət başçısının həyata keçirdiyi uğurlu ekoloji siyasət nəticəsində meşələrin, bioloji resursların mühafizəsi və artırılması, ətraf mühitin mühafizəsi və monitorinqi, hidrometeorologiya, geoloji kəşfiyyat sahələrində nəzərəçarpacaq nailiyyətlər  hazırda uğurla davam etdirilir.
Prezident İlham Əliyevin bilavasitə sədrliyi ilə ekoloji problemlərin müzakirəsinə həsr olunmuş müşavirələrin keçirilməsi, ətraf mühitlə bağlı qəbul olunmuş dövlət proqramlarının icrasına göstərilən diqqət, mövcud ekoloji problemlərin daha səmərəli həlli məqsədilə müvafiq sərəncamların imzalanması, eləcə də ölkəmizdə 2010-cu ilin “Ekologiya ili” elan edilməsi bu sahənin ölkəmizdə prioritet məsələlər sırasına qaldırılmasına parlaq nümunədir.
Son illər iqtisadiyyatımızın sürətli inkişafının nəticəsi olaraq artan gəlirlərin qeyri–neft sektoruna, ətraf mühitlə bağlı problemlərin həllinə yönəldilməsi ekoloji layihələrin həyata keçirilməsi imkanlarını xeyli genişləndirmişdir. Buna görə də, bir çox ölkələrin maliyyə böhranına məruz qaldıqları bir dövrdə Azərbaycanda infrastruktur layihələrin icrası davam etdirilmiş, ekoloji problemlərin həlli istiqamətində səmərəli tədbirlər həyata keçirilmişdir.
Zaman keçdikcə yeni tələblər ortaya çıxır və onların həlli üçün yeni metodlardan istifadə olunmasına ehtiyac yaranır. Bu baxımdan, ölkəmizdə ilk dəfə olaraq irriqasiya məqsədilə dəniz suyunun duzsuzlaşdırılması, tullantı sularının təmizlənərək yaşıllıqların suvarılmasında təkrar istifadəsi istiqamətində pilot layihələrin icrasına start verilmişdir.
Ətraf mühitin mühafizəsi və təbii sərvətlərdən səmərəli istifadə olunması sahəsində 2003-2008-ci illərdə Dövlət rəhbərinin göstərişi əsasında həyata keçirilən tədbirlər nəticəsində əldə olunmuş yüksək nailiyyətləri əks etdirən “İlham Əliyevin uğurlu ekoloji siyasəti” adlı kitabın 2008-ci ildə ictimaiyyətə təqdimat mərasimi keçirilmişdir.
Azərbaycan iqtisadiyyatının sürətli inkişafı, o cümlədən milli neft strategiyasının müvəffəqiyyətlə həyata keçirilməsi ekoloji problemlərin həll edilməsi üçün əlverişli imkanlar yaratmışdır. Azərbaycanda ətraf mühit məsələlərinə böyük əhəmiyyət verilməsi, o cümlədən maliyyə vəsaitlərinin ayrılması hesabına irimiqyaslı ekoloji layihələrin həyata keçirilməsi ölkə vətəndaşlarına daha təmiz mühitdə yaşamağa imkan yaradır.
Son illər ərzində ETSN-nin ətraf mühitin mühafizəsinə nəzarəti həyata keçirən qurumları tərəfindən hüquqi, fiziki şəxslər və vətəndaşlar tərəfindən yol verilmiş qanun pozuntularına görə müvafiq tədbirlər görülmüş, nəticədə Ətraf Mühitin Mühafizəsi üzrə Dövlət Fonduna əvvəlki illərlə müqayisədə daha çox vəsaitin köçürülməsi təmin olunmuşdur.


Xəzər dənizinin ətraf mühitinin mühafizəsi


Xəzər dənizinin ətraf mühitinin mühafizəsi məqsədi ilə ölkə Prezidentinin Sərəncamı ilə Xəzəryanı ölkələr arasında ilk dəfə olaraq “Xəzər dənizinin ekoloji mühitinin mühafizəsi sistemi” yaradılmış və bu məqsədlə müvafiq olaraq dənizin sahilində modul tipli bioloji təmizləyici qurğular quraşdırılmışdır.
“Xəzər dənizinin ekoloji mühitinin mühafizəsi sistemi”nin fəaliyyəti nəticəsində Abşeron yarımadasının Bilgəh, Buzovna, Mərdəkan, Pirşağı, Nardaran, Novxanı və Sumqayıt sahilboyu ərazilərində bataqlaşmış sahələrin və çirkab gölməçələrin əksəriyyəti qurudularaq ekoloji tarazlıq bərpa olunmuşdur. 
Bu istiqamətdə, ümumilikdə gündə 6400 m3 çirkab su təmizləmə gücünə malik 17 stansiya istismara verilmişdir.
Əhalinin ekoloji cəhətdən təmiz içməli su ilə təminatı məqsədi ilə  Azərbaycan Respublikası Prezidentinin “Əhalinin ekoloji cəhətdən təmiz su ilə təminatının yaxşılaşdırılması ilə əlaqədar bəzi tədbirlər haqqında” Sərəncamına əsasən Kür-Araz boyu 20 rayonun 188 kəndində əhalinin ekoloji cəhətdən təmiz su ilə təmin edilməsi məqsədi ilə sutəmizləyici qurğular quraşdırılmış, bu kəndlərdə yaşayan 350 mindən artıq əhali Ümumdünya Səhiyyə Təşkilatının tələblərinə cavab verən içməli su ilə təmin edilmişdir. Hazırda bu sahədə işlər davam etdirilir.
Dəniz suyunun duzsuzlaşdırılması üçün yüksək texnologiyaya əsaslanan zavod və müasir tinglikdən ibarət kompleksin yaradılması üzrə pilot layihənin icrası istiqamətində işlər davam etdirilir.
Təhlükəli tullantıların idarə olunması məqsədilə müasir standartlara uyğun Təhlükəli Tullantılar Poliqonu yaradılmışdır. Eyni zamanda, Sumqayıt Səthi Aktiv Maddələr zavodunda xlorun alınmasında əmələ gəlmiş 300 min tona yaxın civə tərkibli toksiki tullantı Təhlükəli Tullantılar poliqonuna daşınaraq tam həə zərərsizləşdirilmişdir. 


Təbiət ərazilərinin inkişaf etdirilməsi


Xüsusi mühafizə olunan təbiət ərazilərinin inkişaf etdirilməsi, ekoloji şəbəkənin yaradılması istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində hazırda  ölkəmizdə ümumi sahəsi 881 min  hektar olan xüsusi mühafizə olunan təbiət əraziləri, o cümlədən, 8 Milli Park, 11 Dövlət Təbiət Qoruğu və 24 Dövlət Təbiət Yasaqlığı mövcuddur.
Müqayisə üçün qeyd etmək lazımdır ki, 2003-cü ilədək xüsusi mühafizə olunan təbiət əraziləri ölkə ərazisinin 5,5 faizini təşkil edirdisə, keçən müddət ərzində  bu nisbət 10,2 faizə çatdırılmışdır. Eyni zamanda, ölkədə ilk dəfə olaraq 2003-cü ildən etibarən Milli Parkların yaradılmasına başlanılmışdır. Hazırda Milli Parkların ümumi sahəsi ölkə ərazisinin 3,6 faizini təşkil edir. Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2008-ci il tarixli Sərəncamına əsasən ölkəmizdə ən müasir standartlara cavab verən Zooloji Parkın yaradılması istiqamətində işlər davam etdirilir. Hidrometeoroloji xidmətin yaxşılaşdırılması istiqamətində son illər qlobal iqlim dəyişikliyi fonunda hidrometeoroloji proseslərlə bağlı baş verən təbii fəlakət hadisələrinin sayının və onların intensivliyinın artması hidrometeoroloji təminata olan təlabatı daha da artırmışdır. Ölkə Prezidenti  tərəfindən 2004-cü ildə “Azərbaycan Respublikasında hidrometeorologiyanın inkişafı Proqramı”nın təsdiq edilməsi və onun yerinə yetirilməsi istiqamətində görülmüş işlər Respublikada hidrometeoroloji xidmətin inkişafına təkan vermişdir. Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq Böyük Qafqazın Bazardüzü-Şahdağ-Tufandağ ərazisində iqlim dəyişmələrinin tədqiqi, ərazidəki buzlaqların iqlim dəyişmələri ilə əlaqədar dinamikasının, həmçinin ekosistemin kompleks öyrənilməsi məqsədilə “Kompleks Hidrometeoroloji və Ekoloji Tədqiqat Elm Mərkəzi” yaradılmış, Tufandağın zirvəsində, Şahdağda və Şahdüzundə Avtomat Meteoroloji Stansiyalar quraşdırılmışdır. Bu müddət ərzində Finlandiyanın Vaisala firmasından 19 ədəd avtomat meteoroloji stansiya alınmışdır ki, bunlar da ölkə çərçivəsində yaradılan təhlükəli hidrometeoroloji hadisələrin Erkən Xəbərdarlıq Sisteminin tərkib hissəsidir.


Ətraf mühitin monitorinqi


Ətraf mühitin monitorinqi sahəsində ölkə ərazisində atmosfer havası, yağıntılar, torpaq, səth suları, o cümlədən ətraf mühitin radioaktiv çirklənməsi üzrə monitorinq fəaliyyəti davam etdirilmiş, antropogen təsirlər nəticəsində ətraf mühitdə gedən proseslərin qiymətləndirilməsi və proqnozlaşdırılması, həmçinin ətraf mühitin vəziyyətinə dair məlumatlar bazasının yaradılması həyata keçirilmiş, operativ və rejim məlumatları hazırlanaraq yayımlanması təmin edilmişdir.
Respublikamızın əsas su arteriyaları olan Kür və Araz çaylarının qonşu dövlətlərin ərazilərindən keçməklə daha çox çirklənməyə məruz qaldıqlarını nəzərə alaraq, bu çaylarda və onların transsərhəd qollarında monitorinqlərin müasir tələblər səviyyəsində aparılması məqsədi ilə Qazax və Beyləqan rayonlarında müasir cihaz və avadanlıqlarla təchiz olunmuş  analitik tədqiqat laboratoriyaları yaradılmışdır. Su hövzələrində bioloji resursların artırılması istiqamətində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Elmi Tədqiqat Balıqçılıq Təsərrüfatı İnstitutu Xəzərin Azərbaycana mənsub bölməsində su bioresurslarının say tərkibini, ehtiyatını, yem bazasını, qiymətli vətəgə əhəmiyyətli balıqların miqrasiyalarını və təbii mühitini öyrənmək məqsədilə elmi tədqiqatlar aparmışdır. 


Ətraf mühitə dair qanunvericiliyin təkmilləşdirilib


Ətraf mühitə dair qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində bir sıra yeni qanunlar qəbul edilmiş, mövcud qanunlara əlavə və dəyişikliklər edilmişdir.
Qanunvericiliyin təkmilləşdirilməsi əsasən atmosfer havası, su ehtiyatları, məişət və istehsalat tullntıları, su bioresursları, biomüxtəlifliyin qorunması sahələrini əhatə etmişdir.
Yeni qanunların qəbul edilməsi, mövcud qanunlara əlavə və dəyişikliklərin edilməsi ilə bərabər, həmçinin onların icrasının təmin edilməsi məqsədilə müvafiq normativ aktlar, qaydalar hazırlanıb təsdiq olunmuşdur.
Ölkəmizin sosial-iqtisadi inkişafı sahəsində müəyyən olunmuş düzgün siyasət indiyə qədər respublikamıza yalnız uğur gətirir. Bu baxımdan qeyd edilməlidir ki, ətraf mühit sahəsində həyata keçirilən tədbirlər də ölkə rəhbərliyi tərəfindən təsdiq olunmuş və davamlı inkişaf prinsiplərinə əsaslanan dövlət proqramları və tədbirlər planları vasitəsilə həyata keçirilir. Ümumilikdə, ölkəmiz üzrə sosial-iqtisadi siyasətin düzgün və uğurla həyata keçirilməsi nəticəsində, onun tərkib hissəsi olan ekoloji siyasətin reallaşdırılması ilə əlaqədar ekoloji durumun sağlamlaşdırılması və təbii sərvətlərdən səmərəli istifadə edilməsinə bundan sonra da nail olunacaqdır.


Beynəlxalq təşkilatlarla əlaqələr genişləndirilib


Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən beynəlxalq təşkilatlarla, donor ölkələrlə əlaqələrin genişləndirilməsinə xüsusi əhəmiyyət verilir. Belə ki, BMT-nin İnkişaf (UNDP), Ətraf Mühit (UNEP), Sənayenin İnkişafı proqramları (UNİDO), NATO, ATƏT, Qlobal Ekoloji Fond, Avropa İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı, Ümumdünya Səhiyyə Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, Dünya Bankı, Asiya İnkişaf Bankı, Ümumdünya Vəhşi Təbiət Fondu və s. təşkilatlarla əməkdaşlıq davam etdirilir.
Beynəlxalq əməkdaşlıq sahəsində bir sıra region dövlətləri, inkişaf etmiş dövlət və beynəlxalq təşkilatlarla (Gürcüstan, Moldova, Özbəkistan, Ukrayna, Yunanıstan, Almaniya, Rumıniya, Türkiyə, Çexiya və s.) əməkdaşlığa dair sazişlər imzalanmışdır.
Bununla bərabər müvafiq sazişlər əsasında inkişaf etmiş ölkələrlə (Fransa, Makedoniya, Serbiya, Slovakiya, Hindistan, Litva və s.) ikitərəfli əməkdaşlıqlar qurulur.
Azərbaycan Respublikası bu günə kimi 20 ekoloji  konvensiyaya qoşulmuş, müvafiq protokollar imzalamışdır.
Həmçinin, ətraf mühitin mühafizəsi istiqamətində respublikada bir sıra beynəlxalq tədbirlər həyata keçirilmişdir. Belə ki, 2010-cu ilin 5-7 iyul tarixlərində Qəbələ şəhərində UNEP və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə Biomüxtəliflik üzrə BMT-nin Baş Assambleyasının növbəti sessiyasına hazırlıq üzrə Nazirlər Konfransı keçirilmiş və yekun sənəd olaraq “Qəbələ Bəyannaməsi” qəbul olunmuşdur.
2010-cu ilin 5-6 oktyabr tarixlərində Qəbələdə MDB Dövlətlərarası Hidrometeorologiya Şurasının 22-ci sessiyası keçirilmişdir. 
“Ekologiya ili” çərçivəsində 2010-cu ilin 16-18 sentyabr tarixlərində “Azərbaycan Yaşıl Dünya naminə” adlı beynəlxalq ekoloji sərgi təşkil olunmuşdur. Sərginin açılışında ölkə rəhbəri İlham Əliyev iştirak etmiş, nümayiş olunan eksponatlara maraq göstərmişdir. Sərgidə  beynəlxalq və yerli şirkətlərlə yanaşı, aidiyyəti dövlət qurumları, ekoloji QHT-lər də öz eksponatlarını nümayiş etdirmişlər.
2010-cu il-Ekologiya ilində BMT-nin Ətraf Mühit Proqramı (UNEP) tərəfindən İtaliyanın Genuya, İsveçrənin Cenevrə şəhərləri ilə yanaşı Respublikamızın paytaxtı Bakı şəhəri də Dünya Ətraf Mühit Gününün 2010-cu ildə Avropa regionunda qeyd edilməsi üçün əsas üç şəhərdən biri elan edilmişdir. “Ümumdünya Ətraf Mühit Günü-2010”-a Avropa regionu üzrə öndərlik edəcək üç şəhərdən biri kimi Bakının seçilməsi heç də təsadüfi deyildi. Bu, ilk növbədə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkə iqtisadiyyatının, sosial-mədəni həyatın bütün sahələrində, o cümlədən, ekoloji tarazlığın qorunması, ətraf mühitin sağlamlaşdırılmasında aparılan ardıcıl və məqsədyönlü fəaliyyətin uğurlu nəticəsi idi.
2011-ci ilin 7-9 sentyabr tarixlərində Qəbələ şəhərində  XI Beynəlxalq Pestisidlər Forumu keçirilmişdir.


Qeyd edək ki, bu araşdırma Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının layihəsi əsasında hazırlanıb.
URL / WWW
http://kelam.az/article/a-6872.html