Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Məqalələr » “Ekoloji Tarazlığın Qorunması” İctimai Birliyi. Araşdırma – 3 (7)
17.06.12 19:04

"Azərenerji" ətraf mühitin mühafizəsinə diqqət edir

Ətraf mühitin mühafizəsinə, ekoloji tarazlığın qorunmasına bütün dünyada xüsusi diqqət yetirilir. Bu baxımdan, sənaye tullantılarının atmosferdə zərərli təsirinin azaldılması yönündə mühüm tədbirlər həyata keçirilir. Ekoloji məsələləri daim  önə çəkən "Azərenerji" ASC-də də ətraf mühitin mühafizəsinə dair qəbul olunmuş qanunvericilik sənədlərinin tələbləri ardıcıllıqla yerinə yetirilir.


Səhmdar Cəmiyyətinin Ekologiya İdarəsində apardığımız araşdırmada bildirilir ki, 2007-ci ildən etibarən elektrik enerjisi istehsalı müəssisələrində mazut və dizel kimi ağır yanacaqlardan əsas yanacaq kimi təbii qazdan istifadə olunur. Bu addımın müsbət nəticəsi olaraq istehsal prosesi həm yerli, həm də beynəlxalq standartların ən sərt tələblərinə uyğunlaşdırılıb. Son 7 il ərzində respublikamızda tikilən yeni elektrik stansiyalarından 300 MVt gücünə malik “Səngəçal” və 525 MVt gücündə “Sumqayıt” elektrik stansiyalarını xüsusilə vurğulamaq lazımdır. Bu stansiyalar beynəlxalq standartlara və ekoloji tələblərə cavab verən ən müasir texnologiya və avadanlıqlarla təchiz olunub. Bu da istehsal və istismar zamanı respublikanın enerji şəbəkəsinin işinin effektivliyini əhəmiyyətli dərəcədə artırıb.
Qeyd edək ki, 2400 MVt gücə malik təkcə “Azərbaycan İstilik Elektrik Stansiyası”nda aparılan yenidənqurma işləri və soyutma sisteminin yenilənməsi nəticəsində FİƏ (faydalı iş əmsalı) 32 faizdən 41 faizə qaldırılıb.
Yeri gəlmişkən, mövcud stansiyaların modernləşdirilməsi, dünya standartlarına cavab verən ən müasir qurğu və avadanlıqlarla təchiz edilməsi hava, içməli su, dəniz suyu, torpaq kimi bir sıra ekoloji amillərə təsirlərin ən minimal çirkləndirmə həddinədək azaldılmasına gətirib çıxarır.
Araşdırma zamanı o da məlum oldu ki,  son illər ətraf mühitə təsirlərin azaldılması istiqamətində "Azərenerji" ASC tərəfindən həyata keçirilən ardıcıl tədbirlər nəticəsində enerji obyektləri tərəfindən atmosferə atılan tullantıların miqdarı dəfələrlə azaldılıb. Belə ki, 2005-ci ilin göstəricilərini 2010-cu ilin analoji göstəriciləri ilə müqayisə etdikdə, kükürd anhidridinin çox böyük həə azalmasının şahidi oluruq. Atmosferə atılan tullantı qazlarının miqdarında da xeyli azalma baş verib. Təkcə Azərbaycan İES-də aparılan yenidənqurma işləri nəticəsində gələcəkdə atmosferə atılan CO2 qazının illik azalma miqdarı təqribən 1,5 milyon ton təşkil edəcək.
Qeyd edək ki, respublikanın cənub bölgəsinin enerji təhlükəsizliyinin daha da möhkəmləndirilməsi, elektrik enerjisinin ötürülməsi və paylaşdırılması sistemlərinin dayanıqlı və sabit işləməsinin təmin edilməsi məqsədilə, məlum olduğu kimi, Şirvan şəhərində gücü 780 MVt olan "Cənub" elektrik stansiyası tikilir. 2012-ci ildə istismara verilməsi gözlənilən bu stansiyanın fəaliyyəti nəticəsində atmosferə atılan CO2 qazının illik azalma miqdarı 1 milyon ton təşkil edəcəkdir ki,  bu da ətraf mühitin çirkləndirilməsinin əhəmiyyətli dərəcədə azaldılmasına gətirib çıxaracaqdır.
Xatırladaq ki, 2009-cu ilin oktyabr ayında "Azərenerji" ASC-də Beynəlxalq Standartlar ISO 9001:2008 Keyfiyyət və  ISO 14001:2004 Ekoloji İdarəetmə Sistemlərinin tətbiqinə başlanılıb, 2011-ci ildə həmin standartların tətbiqi uğurla yerinə yetirilib və "Azərenerji" ASC Beynəlxalq Sertifikatlarla təltif olunub.
Ümumiyyətlə, enerjisistemin işində səmərəliliyin artırılması, elektrik verilişi xətlərində enerji itkilərinin azaldılması və yüksək FİƏ-yə malik elektrik stansiyalarının tikintisi istiqamətində görülən işlər də son nəticədə ətraf mühitin mühafizəsinə xidmət edir.


Qeyd edək ki, bu araşdırma Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının layihəsi əsasında hazırlanıb.
URL / WWW
http://kelam.az/article/a-6864.html