Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Məqalələr » Məşğulluq və əməyin mühafizəsi
13.06.12 19:04

Son 8 ildə yeni yaradılan iş yerlərinin sayı bir milyonu ötmüş, işsizliyin səviyyəsi daha da azalaraq 5,4 faizə enmişdir. Yoxsulluq səviyyəsinin kəskin şəkildə azalaraq cari ilin əvvəlində 7,6 faizə düşmüşdür. Cari ilin ilk rübündə Dövlət Məşğulluq Xidməti tərəfindən 6 173 nəfər işsiz və iş axtaran vətəndaş münasib işlə təmin olunmuş, 738 nəfər vətəndaş müasir əmək bazarının tələblərinə uyğun peşə hazırlığı kurslarına cəlb edilmişdir.

Aktiv məşğulluq tədbirləri sahəsində yeni addım kimi, Əmək Birjası xidmətinin müvəqqəti iş axtaran insanlara daha da yaxın olması üçün bu xidmətin səyyar formada təşkilinə hazırlıq işləri aparılır.
2012-ci ilin 3 ayı  ərzində Respublika üzrə 31 670 nəfər  peşəyönümü məsləhətlərinə cəlb olunmuşlar. Bakı, Sumqayıt, Gəncə və Mingəçevir şəhərlərində fəaliyyət göstərən “Əmək Birjaları” tərəfindən 861 nəfər işsiz vətəndaş müvəqqəti xarakterli işlərlə təmin olunmuşdur.
Cari ilin ilk rübündə 506 nəfərin əmək müqaviləsinin bağlanılması təmin edilmişdir.
2012-ci ilin I rübündə 1 412 müəssisədə əmək qanunvericiliyinə əməl edilməsinə dövlət nəzarəti nəticəsində aşkar olunmuş 4 197 qanun pozuntusu ilə bağlı müvafiq tədbirlər həyata keçirilib. 156 623 manat gecikdirilmiş ödəmələrin, o cümlədən 140 322 manat gecikdirilmiş əmək haqqının işçilərə ödənilməsi, qeyri-qanuni işdən azad edilmiş 7 nəfərin əvvəlki işinə bərpa olunması təmin edilib. Həmçinin işəgötürənlərə ümumilikdə 103 700 manat məbləğində cərimə tətbiq edilmişdir.


Peşə standartı


Vətəndaşların peşə-əmək qabiliyyətinin əmək bazarının mövcud tələblərinə uyğunlaşdırılması diqqət mərkəzindədir. Bu sahədə müvafiq maddi-texniki bazaya malik olan Bakı və Göyçay Regional Peşə Tədrisi Mərkəzləri peşə hazırlığı sahəsində müasir tələblərə cavab verə biləcək bir səviyyədə yenidən qurulur. Belə bir mərkəzin Gəncə şəhərində də yaradılması istiqamətində işlər aparılır.
Dünya Bankı ilə birgə həyata keçirilən Sosial Müdafiənin İnkişafı Layihəsi çərçivəsində “İSCO88/08-ə uyğun Təkmilləşdirilmiş Peşə Standartları və Əlaqədar Təlim Standartlarının hazırlanması” Layihəsi çərçivəsində 3 il ərzində 200 peşə və 100 təlim standartı, həmçinin 200 standart üzrə qiymətləndirmə forması, peşə təsnifatının müasir tələblərə uyğunlaşdırılması məqsədilə təkliflər və Peşə Standartları Mərkəzinin yaradılması üçün hüquqi-institusional baza hazırlanmaq üzrədir.


“Karyerada ilk addım” 


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən tələbə və məzunların əmək bazarına inteqrasiyası məqsədilə ali təhsil müəssisələrində “Karyerada ilk addım” devizi altında aktiv məşğulluq tədbirləri davam etdirilir. Tələbələrlə, xüsusən ali təhsil ocaqlarını bitirərək əmək fəaliyyətinə başlamaq ərəfəsində olan məzunlarla işəgötürən müəssisə və təşkilatlar arasında əlaqələrin yaradılmasına xidmət edən növbəti belə tədbir bu gün Azərbaycan Turizm İnstitutunda keçirilib.
Tədbirdə 57 müəssisə və təşkilat tərəfindən 405 boş iş yeri təqdim olunub. Həmin müəssisələrdən 3-ü dövlət, 54-ü qeyri-dövlət müəssisələridir. Tədbirdə qeyri-neft sektoru üzrə fəaliyyət göstərən iri  şirkət və  kompaniyalardan  “European Tobacco–Baku” ASC, “Azərsun Holding” MMC, “Veysəloğlu Yayıcılı Qardaşlar” MMC, “İmprotex Travel” MMC, “Atəşgah” Sığorta Şirkəti, “Ataturizm” MMC, “Paşa Travel” MMC, Qobustan Milli  Tarixi  Bədii  Qoruğu və digər müəssisələr iştirak  ediblər.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin rəisi Anar Bədəlbəyli bildirib ki, bu vaxtadək Bakı şəhərində “Karyerada ilk addım” devizi altında keçirilmiş tədbirlərdə 903 işəgötürən müəssisə və  kompaniya iştirak edib, 1184 işəgötürən təşkilat tərəfindən 7510 boş (vakant) iş yeri  təqdim olunub. Tədbirlərdə  iştirak etmiş işaxtaran vətəndaşlardan 2185 nəfərə göndəriş verilib, 1134 nəfər münasib işlə təmin edilib.


Qeyd edək ki, bu araşdırma Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının layihəsi əsasında hazırlanıb.
URL / WWW
http://kelam.az/article/a-6862.html