Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Milli Məclisdə görülən və görüləcək işlərlə bağlı mətbuat konfransı keçirildi
30.01.10 03:08

Bu gün Milli Məclisdə parlamentin ötən payız sessiyasında görülən və yaz sessiyasında görüləcək işlərlə bağlı mətbuat konfransı keçirildi. KƏLAMİNFO xəbər verir ki, Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Nəsirov bildirdi ki, parlamentin payız sessiyası məhsuldar keçib. O, parlamentin payız sessiyası ərzində ölkənin maraqlarına bu və ya digər formada təsir göstərən işlər görüldüyünü söylədi. Milli Məclisin ötən payız sessiyası ərzində bir sıra vacib qanun və qərarların qəbul olunduğunu diqqətə çatdıran A.Nəsirov hesabat dövrundə ən əlamətdar hadisə kimi parlamentin yeni korpusunun istifadəyə verilməsi olduğunu qeyd etdi. “Milli Məclis payız sessiyasında prezident İlham Əliyev tərəfindən irəli sürülən təşəbbüsləri dəstəkləyərək hüquqi, dünyəvi, demokratik dövlət quruculuğu və iqtisadi islahatların hüquqi bazasının təkmilləşdirilməsində üzərinə düşən vəzifənin öhdəsindən layiqincə gəlib. Parlament müxtəlif sahələri əhatə edən mühüm əhəmiyyətli qanun və qərarlar qəbul edib. Bu dövr ərzində Milli Məclisin 13 iclası keçirilib, 80 qanun və qərar qəbul olunub. Bu sənədlərdən 1-i Konstitusiya qanununa dəyişiklik və əlavələr, 16-sı qanun, 7-si qərar, 32-si vaxtilə qəbul olunmuş qanunlara dəyişiklik və əlavələr, 24-ü isə qanunla təsdiq edilmiş beynəlxalq müqavilə və konvensiyalardır”,-deyə A.Nəsirov vurğulayıb. MM rəsmisi bu müddət ərzində parlament komitələrin 62 iclasında 167 məsələyə baxılaraq, 146 sənədin müzakirə olunduğunu söyləyib. Onun sözlərinə görə, Milli Məclisin payız sessiyasında İnsan Alverinə qarşı Milli Koordinatorun məlumatı dinlənilib, “İctimai Televiziya haqqında” Qanun qəbul olunub. Sessiyada Azərbaycanın Serbiya, Litva, Livan və Oman Sultanlığında səfirliklərinin təşkil olunması haqında qərar qəbul edilib. Payız sessiyası dövrundə Milli Məclis sədrinin İsveçrə, Belarus və Moskvada səfərdə olduğunu vurğulayan A.Nəsirov qeyd etdi ki, parlamentin deputatları da bir sıra beynəlxalq təşkilatların tədbirlərində iştirak edib və xarici ölkələrdə səfərdə olublar. A.Nəsirov həmçinin bildirdi ki, sessiya ərzində parlamentdə bir sıra dövlətlərarası konvensiyalar da ratifikasiya edilib. MM rəsmisi artıq Milli Məclisin qarşıdan gələn yaz sessiyasının qanunvericilik işləri planının da tərtib olunduğunu diqqətə çatdırıb.
URL / WWW
http://kelam.az/article/a-686.html