Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Prezident Dövlət Sərhəd Xidmətinin Lənkəran sərhəd dəstəsi qarnizonunun yenidənqurmadan sonra açılışında iştirak edib
01.08.12 02:56

Prezident İlham Əliyev Dövlət Sərhəd Xidmətinin Lənkəran sərhəd dəstəsi qarnizonunun əsaslı təmir və yenidənqurmadan sonra açılışında iştirak edib. “KƏLAMİNFO” xəbər verir ki, Dövlət Sərhəd Xidmətinin rəisi, general-leytenant Elçin Quliyev Prezident, Ali Baş Komandan İlham Əliyevə raport verib.

Dövlət başçısı qarnizonda yaradılmış şəraitlə yaxından tanış olub. Azərbaycan Prezidentinə Dövlət Sərhəd Xidmətinin digər hərbi hissələrində aparılan tikinti işlərinin layihələri barədə məlumat verilib.
Prezident İlham Əliyev qarnizonun istifadəsində olan hərbi texnikaya da baxıb. Bildirilib ki, qarnizonun müasir hərbi texnika ilə təchiz olunması sərhəd mühafizəsinin yüksək səviyyədə həyata keçirilməsinə imkan verib.
Dövlət başçısı qarnizonda yaradılmış şəraiti yüksək qiymətləndirib.
URL / WWW
http://kelam.az/article/a-6854.html