Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Prezident İlham Əliyev Lənkəranda Gənclər Mərkəzinin təməlqoyma mərasimində iştirak edib
31.07.12 19:56

Prezident İlham Əliyev Lənkəranda Heydər Əliyev xatirə parkında inşa olunacaq Gənclər Mərkəzinin təməlqoyma mərasimində iştirak edib. “KƏLAMİNFO” xəbər verir ki, dövlət başçısına məlumat verilib ki, yeni yaradılacaq Gənclər Mərkəzinin ümumi sahəsi bir hektar, tikintialtı sahəsi isə 850 kvadratmetr olacaq. Burada geniş abadlıq-quruculuq işləri görüləcək. İkimərtəbəli binada gənclərin asudə vaxtlarını səmərəli keçirmələri üçün hər cür şərait yaradılacaq. Mərkəzin birinci mərtəbəsində kafe, diskoteka, tir və kino zalları fəaliyyət göstərəcək. Burada, həmçinin inzibati otaqlar da yaradılacaq. Binanın ikinci mərtəbəsində isə kompüter və oxu zalları, yaradıcılıq studiyaları üçün otaqlar yerləşəcək. Mərkəzdə müxtəlif tədbirlərin keçirilməsi üçün konfrans zalı da inşa ediləcək. Diqqətə çatdırılıb ki, bu gün gənclərimizin intellektual və yaradıcı potensialının üzə çıxarılması və ümummilli məsələlərə yönəldilməsi, xüsusilə regionlarda yaşayan gənclərin fəallığının artırılması istiqamətində dövlət tərəfindən məqsədyönlü iş aparılır.
Respublikamızın bölgələrində, o cümlədən Lənkəranda yaradılacaq Gənclər Mərkəzi də bu xoşməramlı məqsədə xidmət edəcək.
Prezident İlham Əliyev Gənclər Mərkəzinin təməlini qoyub.
Dövlət başçısı görüləcək işlərlə bağlı tapşırıq və tövsiyələrini verib. Azərbaycan Prezidentinə Lənkəran şəhərində yeni inşa edilən yaşayış kompleksi barədə də məlumat verilib. Bildirilib ki, kompleks hər biri yeddimərtəbəli 14 binadan ibarətdir. Burada 133 mənzil vardır. Onlardan beşi bir otaqlı, beşi iki otaqlı, 49-u üç otaqlı, 29-u dörd otaqlı, 45-i isə beş otaqlıdır. Yaşayış sahəsi 20 min 941 kvadratmetr olan kompleks üçün ümumilikdə 2,39 hektar sahə ayrılmışdır.
URL / WWW
http://kelam.az/article/a-6852.html