Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Bu il 15 min nəfər çox vətəndaş istirahət mərkəzlərinə göndəriş alacaq
31.07.12 19:56

“Bu il ötən illə müqayisədə Azərbaycanda 15 min nəfər çox vətəndaş istirahət mərkəzlərinə göndəriş alacaq”. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Mehbalıyev bildirib.
O qeyd edib ki, bu, Həmkarlar İttifaqları Konfederasiyasına daxil olan özəl qurumlardan gələn vəsait hesabına həyata keçirilir: “Yay vaxtı ən çox ərizə və şikayətlərlə müəllimlər müraciət edir. Onları da başa düşmək olar, çünki müəllimlərin istirahət etmək üçün vaxt imkanları yay ayılarına düşür. Çalışırıq iyul-avqust aylarında müəllimləri göndərişlərlə təmin edək”. Onun sözlərinə görə, son 3 ildə əvvəlki illərə nisbətən müəllimlərə 3-4 dəfə artıq göndəriş təqdim olunub: “Konfederasiyanın 1,5 milyondan çox üzvü var və hamını da eyni vaxta istirahətə göndərmək olmur. Bu səbəbdən biz növbəlilik prinsipini əsas götürürük”. S.Mehbalıyev deyib ki, bu il 60 minə yaxın nəzərdə tutulan göndərişdən artıq 50 minə yaxını təqdim olunub.
URL / WWW
http://kelam.az/article/a-6851.html