Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dünyada » Ərdoğan Obama ilə danışıb
31.07.12 19:56

Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğan ABŞ prezidenti Barak Obamayla telefonla danışıb. Telefon söhbəti zamanı Suriyadakı vəziyyət müzakirə edilib. “KƏLAMİNFO” TRT-yə istinadən xəbər verir ki, Baş Nazirliyin Mətbuat Mərkəzindən verilən açıqlamada Ərdoğan və Obamanın Bəşər Əsədin vəzifədən getməsi və Suriya xalqının legitim tələblərinin yerinə yetirilməsi də daxil olmaqla, Suriyadakı siyasi keçid mərhələsini sürətləndirmək istiqamətindəki səylərin koordinasiyası haqda müzakirələr apardıqları bildirilib: “İki lider son olaraq Hələbdə də görüldüyü kimi, Suriya rejiminin öz xalqını hədəfə alan hücumlarından və rejimin vəhşiliyi ucbatından Suriyada humanitar vəziyyətin pisləşməsindən gedərək daha çox narahat olduqlarını bildiriblər”. Açıqlamaya görə, baş nazir Ərdoğan və prezident Obama Türkiyəyə və qonşu ölkələrə qaçmaq məcburiyyətində qalan suriyalılara yardım səylərinin koordinasiya edilməsi məsələsində də razılığa gəlib. İki lider Suriyada demokratik keçid mərhələsini dəstəkləmək üçün ABŞ və Türkiyənin birgə çalışması üçün rəsmi şəxslərin daim əlaqə saxlamasının vacibliyini vurğulayıb.
URL / WWW
http://kelam.az/article/a-6849.html