Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dünyada » Azad Suriya Ordusu 300 əsgərlə Hələbə girib
31.07.12 19:56

Azad Suriya Ordusunun ən böyük və ən güclü qolu olan “Liva Əl Təhvit” qrupu 300 nəfərlik qüvvəylə Hələbə girib. “KƏLAMİNFO” RİA “Novosti”yə istinadən xəbər verir ki, Əsəd rejiminin Hələbi mühasirəyə almağa başlamasından sonra yola çıxan qrup səhər saatlarında şəhərə çatıb. “Liva Əl Təvhit” qrupunun liderlərindən Yusif Sabah Əbu Səlmo hədəflərinin Əsədi iqtidardan göndərmək olduğunu deyib: “Bunu edəcək gücümüz var. Ancaq Hələb xalqı bizim üçün çox vacib olduğundan burada tam gücümüzü göstərə bilmirik. Hələbə və Hələb xalqına zərər gəlməsini istəmirik. Ancaq buna baxmayaraq, birlik və nizam-intizamı təmin etmək üçün Hələbi alacağıq. Əsədin əsgərlərini buradan təmizləyəcəyik. Əsədə yardım edənləri də təmizləyəcəyik”.
URL / WWW
http://kelam.az/article/a-6846.html