Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dünyada » ABŞ və Almaniya avro zonasında iqtisadi islahatların uğuruna inanır
31.07.12 19:56

ABŞ və Almaniyanın maliyyə nazirləri avro valyutasından istifadə edən 17 ölkənin maliyyə sistemində islahatlar apara biləcəyinə əminliklərini bildiriblər. ABŞ-ın maliyyə naziri Timoti Geytner və Almaniyanın maliyyə naziri Volfqanq Şauble müzakirələrdən sonra verdikləri bəyanatda avro zonasına daxil olan ölkələrin Avropada borc böhranının qlobal iqtisadiyyat üçün yaratdığı təhlükənin aradan qalxması üçün islahatlar aparmağın vacibliyini vurğulayıblar. “KƏLAMİNFO” BBC-yə istinadən xəbər verir ki, Gaytner və Şauble İrlandiya və Portuqaliya hökumətlərinin iki il bundan əvvəl beynəlxalq yardım aldıqdan sonra iqtisadiyyatın sabtiləşməsi səylərini yüksək qiymətləndirib. Onlar həmçinin borc böhranı keçirən İspaniya və İtaliyada iqtisadi islahatların gedişini müzakirə ediblər.
URL / WWW
http://kelam.az/article/a-6844.html