Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » 50 ekran əsəri bərpaya hazırlanır
01.08.12 02:56

Hazırda Dövlət Film Fondunda köhnə filmlərin bərpa prosesi gedir. Bu barədə “KƏLAMİNFO”ya açıqlamasında bildirən fondun direktoru Cəmil Quliyevin sözlərinə görə, bu işə 2010-cu ildən başlanılıb. İndiyədək 30 köhnə Azərbaycan filmi bərpa edilib: “Bu filmlər arasında “Sehrli xalat”, “Bir qalanın sirri”, “Uzaq sahillərdə”, “Şərikli çörək”, “Mahnı qanadlarında”, “Babək” kimi məşhur ekran əsərləri var”.

 50 ekran əsəri, o cümlədən “Yaramaz”, “Arşın mal alan”, “Nəğmə müəllimi”, “Mən mahnı qoşuram” kimi filmlər isə bərpaya hazırlanır: “Keçmişdə bütün filmlər indikindən fərqli lentlərlə çəkilib. Zaman keçdikcə onların keyfiyyəti aşağı düşür, saxlanma müddəti azalır. Bərpa zamanı filmlərin neqativləri təmizlənir, səs fonoqramları qaydaya salınır, yuyulur, başqa kimyəvi proseslər həyata keçirilir və rəqəmsal lentlərə köçürülür”.
URL / WWW
http://kelam.az/article/a-6843.html