Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » “Uçan xalça” Bakıya gəlir
31.07.12 19:56

Yeni tikilən Xalça Muzeyində toxuculuq sexi də fəaliyyət göstərəcək. Bunu “KƏLAMİNFO”ya açıqlamasında muzeyin direktoru Röya Tağıyeva dedi. Onun sözlərinə görə, burada qədim nümunələrin kiçikölçülü oxşarları, eləcə də müasir xalçalar toxunaraq sərgi-satış ekspozisiyaları təşkil ediləcək.Yeni binada müxtəlif ölçülü monitorlar da quraşdırılacaq, onlar vasitəsilə çeşidli sənət nümunələri, eləcə də tanınmış xalça ustalarının həyat və yaradıcılıqları nümayiş olunacaq: “Fransa, İtaliya kimi ölkələrdə olan “Uçan xalça” proqramının tətbiqinə başlayacağıq. İşıq effektləri ilə xalçanın bütün naxışları, hətta ilk baxışdan sezilməyənlər belə dinamik formada nümayiş etdiriləcək, hərəkətə gətiriləcək”.
Yeni binada Uşaq Muzeyi də fəaliyyət göstərəcək və burada müxtəlif oyunlarla balacalara xalçaçılığın sirləri öyrədiləcək.
Muzey yeni binaya köçəndən sonra Azərbaycan xalçalarının xarici ölkələrdə başqa adlarla nümayiş etdirilməsinin qarşısını almaq üçün fəaliyyətini də gücləndirəcək. “Təəssüf ki, Azərbaycanda xalçaçılıqla bağlı çap edilən jurnal və kitabların elmi səviyyəsi aşağıdır. Biz onları elə hazırlamalıyıq ki, xarici muzeylər məlumat əldə edib yanlış informasiyaları dəyişsinlər.
4 il əvvəl Kiyevdə Varvara Xaninkov muzeyində Qarabağ xalçasının “Qafqaz xalçası” adı ilə təqdim olunduğuna rast gəldik. Müəyyən elmi araşdırmalarla faktın yanlış olduğunu sübut etdik. Onlar yeni kataloq çap edərək xalçanın əsl adını qaytardılar. Bu istiqamətdə işlərimizi Fransanın Luvr Muzeyi ilə də davam etdiririk. Orada Azərbaycan xalçalarından ibarət böyük bir kolleksiya “Şərq xalçası” adı altında təqdim edilir. Artıq haqqımızı tələb etməyin vaxtı çatıb” - deyə R.Tağıyeva bildirdi.
URL / WWW
http://kelam.az/article/a-6842.html