Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » “Miss Civilization–2012”-yə kastinqlər davam edir
31.07.12 19:56

CFC Organization və ATV kanalı birgə “Miss Civilization-2012” mədəniyyətlər kraliçası gözəllik müsabiqəsində Azərbaycanı təmsil edəcək iştirakçının seçilməsi üçün kastinqlər keçirir. “KƏLAMİNFO” xəbər verir ki, müsabiqənin mətbuat katibi Azər Nəsibov kastinqə start verildiyi gündən artıq çoxlu sayda müraciətlər daxil olduğunu bildirib: “Azərbaycanı müsabiqədə təmsil etmək üçün hətta ölkəmizdən kənarda - Rusiya, Türkiyə, Gürcüstan, Ukrayna və başqa ölkələrdə yaşayan gənc xanımlar da iştirak ərizəsi ilə müraciət edirlər.
Bunun üçün yaşadıqları ölkədən bir baş müsabiqənin saytına daxil olub, iştirakçı anketini doldurmaqla lazımi e-mail ünvanına göndərərək, seçim turlarına qatılmaq şansı qazanırlar”.
Qeyd edək ki, avqustun 8-dək davam edəcək anket qəbulundan sonra, seçimlər başlanacaq və 20 ən layiqli iştirakçı Azərbaycan seçiminin finalına vəsiqə qazanacaq. Azərbaycan finalı avqustun 25-də keçiriləcək.
Xatırladaq ki, ilk dəfə Azərbaycanda keçiriləcək və 24 ölkə gözəllərinin iştirak edəcəyi müsabiqə sentyabr ayında gerçəkləşəcək.
URL / WWW
http://kelam.az/article/a-6841.html