Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dünyada » Ermənistanda qazın qiyməti qalxır
30.01.10 03:35

Ermənistanda qaz paylama sisteminə nəzarət edən ArmRosGazprom şirkəti əhaliyə verilən qazın qiymətinin artırılması üçün müraciət edib. KƏLAMİNFO erməni mətbuatına istinadən xəbər verir ki, şirkətin İctimai Xidmətlərin Tənzimlənməsi Komissiyasına göndərdiyi müraciətdə qazın qiymətinin aprelin 1-dən 40%-ə yaxın qaldırılması xahiş edilib.
Apreldən elektrik enerjisinin qiymətlərinin də artırılacağı barədə xəbərlər yayılsa da Ermənistan Elektrik Şəbəkəsinin mətbuat xidməti məlumatı təkzib edib. Şəbəkədən Ermənistanın İctimai radiosuna deyiblər ki, onlar qiymət artımı üçün müraciət göndərməyiblər.
URL / WWW
http://kelam.az/article/a-683.html