Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dünyada » Suriya deputatı Türkiyəyə qaçıb
27.07.12 19:31

Suriyanın Hələb əyalətindən seçilmiş deputatı İxlas əl-Bədəvi Türkiyəyə qaçdığı barəsində məlumat yayıb. “KƏLAMİNFO” xəbər verir ki, o, “Sky News Arabia” televiziyasına bildirib ki, Bəşər Əsəd rejiminin “minimum hüquqlarını tələb edən xalqına qarşı repressiyaları və amansız işgəncələrinə görə” ölkədən qaçmaq qərarına gəlib.
Əl-Bədəvinin may ayında seçilmiş Məclisin ilk üzvü olduğu bildirilir. Deputatın bu açıqlaması Suriya qoşunlarının Əsəd rejiminə qarşı müqavimət göstərənlərin qarşısını almaq üçün ölkənin ən böyük şəhəri və ticarət paytaxtı Hələbin ətrafına toplaşdığı ərəfəyə təsadüf edir.
URL / WWW
http://kelam.az/article/a-6829.html