Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » TQDK ali hərbi məktəblərin vakant yerlərinə müsabiqə elan edib
27.07.12 19:31

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Müdafiə Nazirliyinin müraciətinə əsasən cari tədris ili üçün Azərbaycan bölməsində mülki ali təhsil müəssisələrinə I ixtisas qrupu üzrə qəbul imtahanlarında 200 və daha yüksək bal toplamış 19 yaşınadək oğlan abituriyentlərin Ali Hərbi Məktəblərinin boş (vakant) yerlərinə qəbul olunması üçün müsabiqə keçirir. Bu barədə məlumatı “KƏLAMİNFO”ya TQDK-nın mətbuat xidmətindən veriblər.
Ali hərbi məktəblərə qəbul olmaq arzusunda olan namizədlər iyulun 27-dən avqustun 4-dək Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində yaradılmış Sənəd Qəbulu Komissiyasına  müraciət edə bilərlər.
URL / WWW
http://kelam.az/article/a-6828.html