Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » Ümumi orta təhsil bazasından orta ixtisas təhsil müəssisələrinə ərizə qəbulu başlanır
27.07.12 19:31

Avqustun 1-dən etibarən orta ixtisas təhsil müəssisələrinə ümumi orta təhsil bazasından (9 illik) ərizə qəbulu başlanır. “KƏLAMİNFO” xəbər verir ki, bu haqda məlumatı Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında verib. O bildirib ki, qəbul imtahanlarında iştirak etmək üçün abituriyentlər avqustun 1-dən 24-dək internet vasitəsilə elektron ərizələrini doldurub, tələb olunan sənədləri təhsil aldıqları tədris müəssisəsinin yerləşdiyi rayonda fəaliyyət göstərən Sənəd Qəbulu Komissiyalarına təqdim edərək ərizələrini təsdiq etdirməlidirlər.
TQDK sədri bildirib ki, cari tədris ilində ümumi orta təhsil bazasında 47 orta ixtisas təhsili müəssisəsinə qəbul aparılacaq. Ayrılmış plan yerlərinin sayı 10 min 404 nəfərdir. Onlardan 4 min 866-sı dövlət sifarişi üzrə, 5 min 538-i isə ödənişli əsaslarladır.
Qeyd edək ki, orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbulla bağlı ətraflı məlumatı və qəbul aparılan ixtisasların siyahısını “Abituriyent” jurnalının 4-cü sayından əldə etmək olar.
URL / WWW
http://kelam.az/article/a-6825.html