Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » 1013 sürücünün hüququ müxtəlif müddətlərə məhdudlaşdırılıb
27.07.12 19:31

Bu ilin ilk yarısında yol polisi əməkdaşları tərəfindən 1013 sürücünün hüququ müxtəlif müddətlərə məhdudlaşdırılıb. Bu barəd “KƏLAMİNFO” Respublika Baş Dövlət Yol Polisi İdarəsində məlumat verilib.
Məlumata görə, 2012-ci ilin 1-ci yarımili ərzində yol hərəkətinə nəzarət prosesində yol polisi əməkdaşları 449986 yol hərəkəti qaydası pozuntusu, o cümlədən nəqliyyat vasitələrinin sərxoş sürücülər tərəfindən idarə edilməsi üzrə 9116, müəyyən olunmuş sürət həddinin aşılması üzrə 47440, ötmə qaydalarının pozulması üzrə 6089, yolayrıclarının keçilməsi qaydalarının pozulması üzrə 15989, sərnişin daşıma qaydalarının pozulması üzrə 2548 fakt aşkar edib.
Yol hərəkəti qaydası pozuntusuna görə 1013 sürücünün hüququ müxtəlif müddətlərə məhdudlaşdırılıb.
URL / WWW
http://kelam.az/article/a-6824.html