Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » TQDK sədri I ixtisas qrupu üzrə keçid balının 150-yə salınması səbəblərini açıqlayıb
28.07.12 02:31

“Bəzi mütəxəssislər belə fikir yürütdülər ki, dövlətin pulları aşağı ballı uşaqlara təhsil verməyə gedir. Biz müsabiqədə iştirak etmək üçün minimal balı aşağı saldıq. Amma dövlət sifarişli yerlərə 250-dən aşağı bal toplamış bir uşaq da qəbul olmayacaq.

Bu il I ixtisas qrupu dövlət sifarişli yerlərin sayı 4 min 146, 250 baldan yuxarı bal toplayan abituriyentlərin sayı isə 6 min 92 nəfərdir. I ixtisas qrupunun informasiya texnologiyaları, neft-qaz mühəndisliyi kimi ixtisaslarında çox yüksək müsabiqə vəziyyəti gözlənilir”.  “KƏLAMİNFO” xəbər verir ki, bu haqda məlumatı Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında I ixtisas qrupu üzrə imtahanlarda keçid balının 150-yə salınmasının səbəblərini açıqlayarkən bu fikirləri deyib. “Bu sahədə kadr qıtlığı hiss olunur. Ona görə də istəyirik ki, uşaqlar 150 balla da olsa, gedib oxusunlar” deyən M.Abbaszadə I ixtisas qrupu üzrə çoxlu mütəxəssisin olmasını istəyir: “Bu qrupda əvvəlki illərin məzunu olan 7000-dən çox oğlana hərbi xidmətdən qayıtdıqdan sonra oxumaq imkanı veririk. Digər tərəfdən, son zamanlar xarici ali məktəblərin güclü reklam kampaniyası gedir. Onlar abituriyentlərə imtahansız, attestatsız dünyanın möhtəşəm universitetlərində oxumaq təklif edirlər. Biz istəmirik ki, abituriyentlər və onların valideynləri belə işbazların toruna düşsünlər. Ona görə də onlara leqal yol -150 balla ali təhsil almaq təklif edilir və beləliklə də korrupsiya sxemi aradan çıxır. Hansı ali məktəb təklif eləsə ki, onlar 150 ballıq mütəxəssislər istəmirlər və plan yerlərini boş saxlamaq istəyirlər, biz bu müraciətlərə baxa bilərik. Bizə hələ indiyə qədər hələ belə müraciət edən olmayıb”.
URL / WWW
http://kelam.az/article/a-6823.html