Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Əli Həsənov: “Azərbaycan istənilən yolla öz torpaqlarını azad edəcək”
28.07.12 02:31

“Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində dəymiş zərərin qiymətləndirilməsinin dəqiqləşdirilməsinə başlayıb. Bu, Ermənistan üçün bir siqnal olmalıdır.

Əgər Ermənistan öz qeyri-konstruktiv mövqeyində qalmaqda davam edərsə, Ali Baş Komandanın əmri ilə yaxın zamanlarda öz torpaqlarımızı azad edəcəyik”. “KƏLAMİNFO” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında baş nazirinin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov deyib. Onun sözlərinə görə, Ermənistan gec də olsa ayılsa və öz mövqeyini düzəltsə, danışıqlarda hər hansı bir razılığı əldə olunması mümkün ola bilər. Ə.Həsənov bildirib ki, Azərbaycan hökuməti azad olunmadan sonrakı prosesə hazırlıqlara başlayıb. Bu, qayıdış proqramı, dəymiş ziyanın hesablanması və digər məsələdir. Biz buna hazır olmalıyıq”.Baş nazirin müavini həmçinin erməni xalqına səslənib. Bildirib ki, Azərbaycan istənilən yolla öz torpaqlarını azad edəcək və dəymiş ziyanı Ermənistana ödədəcək, lakin bu zaman həmin vəsait erməni xalqının cibindən çıxacaq: “Nə Sarkisyan, nə Köçəryan, nə də erməni lobbisi onu ödəyəcək”.
URL / WWW
http://kelam.az/article/a-6821.html