Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Bakıda beynəlxalq gənclər forumu keçiriləcək
27.07.12 19:31

Oktyabrın 28-30-da Bakıda “Sərhədsiz gənclər əməkdaşlığı” adlı beynəlxalq forum keçiriləcək. Azərbaycan Gənclər Fondundan “KƏLAMİNFO”ya verilən məlumata görə, forumun təşkilatçıları Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Gənclər Fondu, SALTO EECA, SALTO EuroMed, SALTO SEE, SALTO Resurs Mərkəzinin Fransa, Polşa və Sloveniyadakı milli agentlikləri, FRSE (Təhsil sisteminin inkişafı Fondu), MOviT (Gənclərin səfərbərliyinin inkişafı institutu) və Avropa Komissiyasının Təhsil və Mədəniyyət üzrə Baş Direktorluğudur. Forumun keçirilməsinin əsas məqsədi Avropa Komissiyasının “Gənclər fəaliyyətdə” proqramı və tərəfdaş ölkələr arasında qeyri-formal təhsil sahəsi üzrə beynəlxalq gənclər əməkdaşlığının tanınmasının inkişaf etdirilməsidir. 100-dən çox yerli, Avropa və dünya ölkələrindən olan iştirakçının qatılacağı forum ingilis dilində keçiriləcək. 
Forum öncəsi hazırlıq proseslərində iştirak məqsədilə Azərbaycan Gənclər Fondunun əməkdaşları Orxan Ərəbov və Aynur Həsənzadə 22-24 iyul tarixlərində Polşanın Varşava şəhərində səfərdə olub. Onlar SALTO Şərqi Avropa və Qafqaz Resurs Mərkəzinin Polşadakı rəsmisi Andriy Pavloviç və digər əməkdaşları ilə görüşüb, forumun təşkilati məsələlərini müzakirə ediblər.
URL / WWW
http://kelam.az/article/a-6820.html