Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Argentina prezidenti Elmar Məmmədyarovu qəbul edib
27.07.12 19:31

Argentina prezidenti Kristina Fernandez de Kirçner bu ölkədə rəsmi səfərdə olan xarici işlər naziri Elmar Məmmədyarovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyətini qəbul edib. Bu barədə məlumatı “KƏLAMİNFO”ya XİN-in mətbuat xidmətindən veriblər.
Argentina Prezidenti son illər iki ölkə arasında əməkdaşlığın dinamik inkişafından məmnun olduğunu qeyd edib və Azərbaycanla bütün sahələrdə əməkdaşlıqda maraqlı olduqlarını vurğulayıb. Həm Argentina, həm də Azərbaycanın sürətlə inkişaf edən iqtisadiyyata malik olduğunu bildirən prezident Kirçner iki ölkə arasında əməkdaşlığın inkişafının qarşılıqlı səmərəli nəticələrə gətirib çıxaracağına əmin olduğunu söyləyib. Qəbula görə təşəkkürünü bildirən Elmar Məmmədyarov Azərbaycan prezidenti İlham Əliyevin salamlarını və ən xoş arzularını Argentina dövlət başçısına çatdırıb və Azərbaycan prezidenti tərəfindən argentinalı həmkarına ünvanlanmış Azərbaycana rəsmi səfərə dəvət məktubunu təqdim edib.
Prezident Kirçner də salamlarını və xoş arzularını Azərbaycan prezidenti İlham Əliyevə çatdırmağı xahiş edib və dəvəti məmnuniyyətlə qəbul etdiyini vurğulayıb.
Elmar Məmmədyarov ölkəmizin son illər ərzində əldə etdiyi yüksək iqtisadi nailiyyətlər, inkişaf strategiyası, regional inkişaf və əməkdaşlıqdakı rolu, beynəlxalq nüfuzunun güclənməsi, xarici siyasət prioritetlərindən, eləcə də Latın Amerikası ölkələri ilə əməkdaşlığın genişləndirilməsində maraqlı olmasından danışıb. Bu istiqamətdə Argentinanın ölkəmiz üçün xüsusi önəm daşıdığını bildirən Elmar Məmmədyarov Cənubi Amerikada ilk diplomatik nümayəndəliyimizin də məhz Buenos-Ayresdə təsis edildiyini qeyd edib, habelə Argentina tərəfinin Bakıda səfirliyinin təsis edilməsi ilə bağlı verdiyi qərarına görə Azərbaycanın adından prezident Kirçnerə təşəkkürünü bildirib.
Görüşdə, həmçinin səfər çərçivəsində tərəflər arasında razılaşdırılmış əməkdaşlıq istiqamətləri, qarşılıqlı planlaşdırılan səfərlər, o cümlədən iki ölkə arasında yaradılacaq hökumətlərarası iqtisadi komissiyanın məqsədləri və bunun üçün atılacaq addımlar barədə geniş fikir mübadiləsi aparılıb.
URL / WWW
http://kelam.az/article/a-6819.html