Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Azərbaycan Tanzaniyaya nota verib
27.07.12 19:31

Azərbaycan Tanzaniyadan bu ölkənin Daxili İşlər Nazirliyinin rəsmi saytında Dağlıq Qarabağın ayrıca respublika kimi göstərilməsi məsələsinə aydınlıq gətirilməsini tələb edib.  “KƏLAMİNFO” xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev bildirib.
O qeyd edib ki, bununla bağlı Azərbaycan tərəfi Tanzaniyaya nota göndərib: “Azərbaycanın Cənubi Afrikadakı səfirliyi də məsələ ilə bağlı danışıqlar aparır. Rəsmi Bakının mövqeyi odur ki, bu problem dərhal həll olunsun”.
Qeyd edək ki, Tanzaniya DİN-in saytında Qarabağ ayrıca respublika kimi qeyd olunub və bura səfər etmək istəyənlər üçün 50 dollar həddində viza haqqı göstərilib.
URL / WWW
http://kelam.az/article/a-6818.html