Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Diplomatımız İranda saxlanılan şairlərlə görüşüb
27.07.12 17:24

Ötən gün Azərbaycanın Təbrizdəki Baş Konsulluğunun vitse-konsulu Nəriman Orucəliyev naməlum şəkildə İranda saxlanılan şairlərimiz Şəhriyar Hacızadə və Fərid Hüseyn ilə görüşüb. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev bildirib.O qeyd edib ki, şairlərlə görüş ayrı-ayrılıqda baş tutub: “Bu görüş Təbrizdəki Mərkəzi Təcridxanada olub. Görüşdə şairlərin dediklərinə görə onlara qarşı irəli sürülən ittiham İrana icazəsiz gəlməlidir. Şairlərimiz bildiriblər ki, festivalda iştirak eləmək üçün dəvət almışdılar və iştirak etdikdən sonra Bakıya qayıdarkən həbs olunublar. Onlara icazəsiz gəldikləri üçün həbs olunduqlarını bildiriblər və məlum olur ki, bu onlara qarşı irəli sürülən yeganə ittihamdır. Lakin hələ İran rəsmi mövqe bildirməyib”.
E.Abdullayevin sözlərinə görə, məlumat əldə olunub ki, görüş keçirilən yer onların daimi saxlandıqları yer deyil: “Məlumata görə ilk 20 gün bir yerdə saxlandıqdan sonra şairlərimizi bir-birindən ayrı saxlayırlar. Bizim üçün ən başlıca məsələ ilkin olaraq vətəndaşlarımızla görüşüb ilkin məlumatı onlardan eşitmək idi və buna da nail olduq”.
Məlum olduğu kimi İran Azərbaycanla viza rejimini ləğv edib və şairlərimizə icazəsiz İrana gəlmək kimi ittiham irəli sürülməsi anlaşılan deyil. E.Abdullayev onu da bildirib ki, şairlərin valideynləri ilə görüşünün sabah baş tutması gözlənilir.
URL / WWW
http://kelam.az/article/a-6815.html