Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » Elə sevin kədərə də hazır ol!
27.07.12 17:26

Bu dünyanın sevincini dadanda,

Elə sevin, kədərə də hazır ol.
Xoş dövranın çox üzü var həyatda,

Qəzalara, qədərə də hazır ol.

Qismətinə düşsə ali məqamlar

Dost düşmən də sənə tərəf yan alar

Bəxt yar olsa qəmü qüssən azalar

Belə halda bədnəzərə hazır ol.

Çox bar gətirəndə ağac əyilər

İnsanlığın zənginlikdə bilinər

Səxavətlə insan qəlbi sevinər

Yaxşılıq et, səmərə də hazır ol.

Tanrı çəkər bəndəsini sınağa

Varlı ola, yoxsul ola,  ya Ağa

Haq yolundan düşsən əgər uzağa

Qiyamətə, səfərə də hazır ol.

Bu həyatda kimki ibrət götürür,

Həyatını halal zəhmətlə qurur

Kim ibrəti quluq ardına vurur

İsi, söylə, həzərə də hazır ol.

İsrafil Hüseynov

Bakı, 1996
URL / WWW
http://kelam.az/article/a-6813.html