Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » Viləş-Su bəndi
27.07.12 17:26

Bir hündür güşəyə meylini saldın

Xeyir duanı da dağlardan aldın
Nə gözəl bir yerdə bənd olub qaldın

Aydınlıq rəmzisən Viləş-Su bəndi.

Açmısan qoynunu Günəşə  Aya

Bulaqlar döndərib səni dəryaya

Bilinmir gur Viləş axır haraya

Bir böyük ümmansan Viləş-Su bəndi.

Sən iki sahilə möhkəm bağ oldun

Şıltaq təbiətə sinə, dağ oldun

Susuz səhralara yağ tək yayıldın

Məlhəmsən, əlacsan Viləş-Su bəndi.

Yurdumuzda bəndlər barmaq sayıdır

Xanbulaq öyünür, güya tayıdır

Allah kəraməti, Allah çayıdır,

Göz yaşı tək safsan Viləş-Su bəndi.

Gecelər ulduzlar əks olur səndə

Ayın işığı da çıraqdır bəndə

Seyrangah sahilin dumanda çəndə

Bir özgə aləmsən, Viləş-Su bəndi.

Sənin yaranışın tarix olacaq

Səndən çox nəsillər faydalanacaq

Şoran torpaqlar da sevinc duyacaq

Şəfa, can suyusan, Viləş-Su bəndi.

İsrafil Hüseynov

Masallı 1998.
URL / WWW
http://kelam.az/article/a-6812.html