Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » Mərhum dostum Zöhrab
27.07.12 17:26

Məmmədova ithaf

Hər bir tanışlığın bir tarixi var

Hər tarixin də bir başlanğıcı var
İnstitut illəri tələbə ikən,

Gözləmə zalında söhbət edərkən,

Əl verdim mən sənə: İsrafil adım,

Çox şadam, söylədin: Zöhrabdır adım,

Ləhcəndən bildim ki, sən haralısan

Elimin balası, talış oğlusan,

Həmyerli olmağı biz onda bildik.

Doyunca danışdıq çox söhbət etdik,

İmtahandan sonra yenə  görüşdük,

Lap köhnə dost kimi deyib, gülüşdük,

Üst-üstə düşmüşdü baxışlarımız

Dostluğa çevrildi tanışlığımız

Axşam təhsil aldıq, gündüz işlədik

Məvacib alan gün yeyib-içərdik.

İşləyə-işləyə biz oxusaq da,

Kimsədən qalmırdıq geri, savadda.

Çoxundan təhsildə fərqli olurduq

Oxuyub zəhmətlə qiymət alırdıq.

Beləcə illəri pis keçirtmədik,

Təhsil illərini yelə vermədik.

Rayonda biz birgə işə başladıq,

Əl-ələ verərək biz qoşalaşdıq.

Bir işi görməzdən söyləyim sizə

Məsləhət edərdik bir-birimizə.

Tanındıq adımız-işimiz ilə,

Çəkildik irəli, biz rəhbərliyə.

Hərəmiz idarə rəhbəri olduq

Yaxşı işimizlə adı doğrultduq.

Tez-tez görüşürdük biz işdən sonra,

Gah sizdə, gah bizdə dəstə halında,

Daha tək olmurdu görüşlərimiz,

Bir yerdə olardı uşaqlarımız.

Övladlarımız da tez  böyüdülər,

Ali təhsil alıb geri döndülər

Qayğılar artsa da o gül balalar

Bizim arzulara sadiq qaldılar.

Əfsus çox şeyləri görə görmədin?

Sonra nələr oldu onu bilmədin

Çox vaxtsız ömrünü sən başa vurdun

Məni  aralıqda lap tənha qoydun

Gözümün önündə sən can verəndə

Əl açıb Tanrıya biz yalvaranda

Bahar yox, elə bil, sanki qış idi

Artıq Öz hökmünü O vermiş idi.

Dostunu itirmək nə asan imiş,

Dostluğu saxlamaq çətin iş imiş,

Ağ günlər sayıram həmin illəri,

Səninlə birlikdə keçən günləri.

Sənsiz ağırlığı xəyal edirdim

Hər şeyi xəyalda ölçüb biçirdim

Óğursuz görürdüm gələn illəri

Yadıma saldıqca sənli günləri.

Otuz il keçibdir o ilk görüşdən

Sanki soraq yoxdur tanış bilişdən

Heç bir zaman dönməz o illər geri

Qardaşın öz yeri dostun öz yeri.

Korluq çəkməmişəm bacı qardaşdan

Varmı yaxşı varlıq dostdan-sirdaşdan

Nə qədər bu dərdlər ağır olsada

Nə qədər dözülməz nağıl olsada

Çox çətin olsada çox şeyə dözdüm

Səninlə dost idim qohum da oldum

Çox qəmi sevinci biz bölüşmüşdük

Arzudan diləkdən çox söyləmişdik

Sən demə həyatda çox şeylər varmış

Sonrakı olaylar sənsiz olarmış.

Kaş görəydin Zöhrab, baba olmusan

Sən özün nəvənə bir ad qoymusan

İndi əlacsızam sənin yerinə

Adını verirəm doğma nəvənə.

Qoy səni həyatda nəvən yaşatsın

Mənimçün sən kimi Zöhrab yaratsın.
İsrafil Hüseynov

Bakı, 1997
URL / WWW
http://kelam.az/article/a-6811.html