Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Qazi Hacı Mirəziz Seyidzadə » Əməkdar müəllm Qurban Qurbanovun 70 illiyi münasibəti ilə
27.07.12 17:26

Ağılda, zəkada elmü ədəbdə,

Kimdir sənə nisbət, Qurban müəllim,

Böyük bir nəsildən mirasdır sənə,

Məsumanə xislət, Qurban müəllim.


Böyük bir şərəfdir müəllim adın,

Özün tək bu adı uca saxladın,

Əcdadın fəxr edər həm də övladın,

Hər əməlin ibrət Qurban müəllim.


Müəllim adına edər ehtiram,

Həm Allah, həm Nəbi, həm də ki, İmam,

Allahdandır sənə bu şan, ehtişam,

Həqdəndir bu qüdrət, Qurban müəllim.


Söylədi bir dəfə birinci imam,

Kim bir hərf öyrətsə, mən ona qulam,

Əzminlə bu işi etmisən tamam,

Tükənməz bu sərvət, Qurban müəllim.


Öz şagirdlərinlə eylə iftixar,

Alimi, həkimi, mühəndisi var,

Bir gün yaşamadın sevgidən kənar,

Varlığın ülviyyət, Qurban müəllim.


Sən həm ziyalısan, həm vətənpərvər,

Xəlqə məhəbbətlə oldun bəxtəvər,

Yetmiş il yaşamaq hünərdir, hünər,

Çünki safdır niyyət, Qurban müəllim


Halal zəhmətinlə ucaldı başın,

Ruhunla ölçülsə cavandır yaşın,

Yanında övladın qohum, qardaşın,

Ömrün bir bərəkət, Qurban müəllim.


Mən Əziz Pünhanam söz deyəm gərək,

Ömrünün yetmişi olsun mübarək,

O gün olsun səni yüz yaşda görək,

Məndən də bir xələt, Qurban müəllim.


Əziz PÜNHAN
URL / WWW
http://kelam.az/article/a-6810.html