Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Məqalələr » Yaşın ahıl çağları...
27.07.12 17:26

Dosye: Fətdayev İltifat Fətdah oğlu 1937-ci il avqustun 3-də anadan olub. İki il sonra isə atası müharibəyə yollanır. Artıq 4-5 yaşlarından çalışmağa başlayan Fətdayevlər analarına kömək etmək üçün çəkisindən asılı olmayaraq bütün işlərə qol qoyurlar.

1956-cı ildə orta məktəbi bitirən İ.Fətdayev ordu sıralarına yollanır və Odessa Hərbi Məktəbinə daxil olur. Məqsədi də tez bir zamanda bir işə sahib olaraq ailənin problemlərini qismən də olsa həll etmək idi. Elə bu zaman hərbi məktəblərin 4 ildən artıq olması ilə bağlı yeni qanun qüvvəyə minir. İ.Fətdayev ailədəki qayğıları nəzərə alıb II kursdan Odessa Hərbi Məktəbini tərk edərək Mərdəkan Polis Məktəbinə göndəriş alır. İ.Fətdayev bu təhsil ocağını əla qiymətlərlə başa vurur. Onun dərin savadı və peşəkar polis müdavimi kimi yetişdiyini nəzərə alan nazirlik müstəsna hal kimi İ.Fətdayevi Masallı rayon Milis İdarəsində baş müstəntiq vəzifəsinə təyin edir.


Təxminən 12 il burada xalqa xidmət edən İ.Fətdayev böyük el məhəbbəti qazanır. SSRİ əlaçısı milis döş nişanı, qızıl qol saatı və digər mükafatlarla təltif olunur. Bununla kifayətlənməyən İ.Fətdayev qarşıda daha böyük uğurlara imza atır.     


1972-1976-cı illərdə Neftçalada milis rəisi vəzifəsində çalışan İltifat müəllim üçün bu rayon çox keçmir ki, doğmalaşır. İ.Fətdayev təqaüdə çıxana kimi – yəni 14 il Səbail rayonunda rəis müavini vəzifəsində çalışır.


Otuz ildən yuxarı hüquq-mühafizə orqanlarında sözün əsl mənasında fədakarlıq nümayiş etdirən İltifat müəllim 31 dəfə müxtəlif mükafatlar, 7 dəfə isə orden və medallarla təltif olunub. O dövrün daxili işlər naziri Arif Muradov şəxsən özü təcrübəli və peşəkar milis işçisi olan İ.Fətdayevin qoluna qızıl saat taxır. İltifat müəllim həmçinin dəfələrlə SSRİ-nin “Əla milis işçisi” adına layiq görülüb. Pensiyaya göndəriləndə isə onu DİN-in “Əmək veteranı” kimi yola salırlar.   


Təqaüdə çıxandan sonra isə Kommunist Partiyasının qərarı ilə İ.Fətdayev mülki işdə çalışmaq və cəmiyyətə daha çox xeyir vermək üçün Təbiəti Mühafizə Komitəsinə göndərilir. 1989-cu ildən 2011-ci ilə kimi Təbiəti Mühafizə Komitəsinin bazası əsasında yaradılan Ekologiya və Təbii Sərvətlər Nazirliyində çalışıb.


İltifat müəllim haqqında təxminən beş il bundan əvvəl – onun 70 yaşı münasibəti ilə hazırladığım məqalə səbəbi ilə tanış olmuşdum. Onunla ilk görüşüm yaxşı yadımdadır. Müsahibimlə ünsiyyət qurmaqda heç də çətinlik çəkmədim. Söhbətimizin gedişində onda danışmaq və dinləmək istedadını müşahidə etdim. Heç də uzun illər hüquq-mühafizə orqanlarında yüksək vəzifələrdə çalışmış birinə bənzəmirdi. Yaşının ahıl çağında və hər hansı bir xırda məsələdə məsləhətləşməsi, irəli sürülən təklifə asanlıqla və tərəddüd etmədən “hə” deməsi məndə onun haqqında çox müsbət fikirlər formalaşdırmışdı.


İltifat müəllimlə söhbətin gedişində onun həm də mömin bir insan olması qənaətinə gəlmişdim. Dini, xüsusən də hər bir müsəlman üçün zəruri olan şəri məsələləri gözəl bilirdi. Həzrət Peyğəmbərdən (s), imamlardan gözəl hədislər nəql edirdi.


Aradan beş il keçmişdir. Bu gün də elədir: səmimiyyətinin çəkisi artmış, dinləmək üçün səbri çoxalmış, dini bilikləri formalaşmış, qohuma, dosta, ailəyə sədaqəti çoxalmışdır.


Özünün dediyinə görə, geriyə baxanda heç də peşman deyil: “Uca Tanrının böyüklüyünə dönə-dönə şükür edirəm ki, 2006-cı ildə ailəmlə - balalarımla Məşhəd ziyarətini, 2009-cu ildə isə Kərbəla ziyarətini qismət etdi. Hələ ki, canım suludur. İnşallah, qismət olsa Həcc ziyarətinə də getmək niyyətindəyəm.”


Kərbəlayi İltifatı tanıyanlar çox gözəl bilir ki, o 30 ildən artıq bir müddətdə vəzifədə olduğu zamanlarda insanlardan, xüsusən də yaxın-uzaq dost-tanışdan uzaq düşmədi. Əksinə, onların sıralarını müsbət əməlləri, xoş rəftarı ilə genişləndirdi. O, ətrafına – qohumlarına, dostlarına bacardığı köməkliyi etməklə həm də üzərinə düşən mənəvi məsuliyyəti yerinə yetirmiş oldu. Lakin təəssüflər ki, bəziləri nankor çıxdı... Amma Kərbəlayi bundan heç də narahat deyil. Deyir ki, bu onların özlərinin də qarşısına çıxır... 


Kərbəlayi Azərbaycanın müxtəlif rayon və kəndlərindən olan çoxlu gözəl insanlarla dostluğunu bu gün də qoruyub saxlayır. 40 ildən çoxdur duz-çörək kəsdiyi Hacı Akif, Hacı Kamil, Hacı Azad, Cəmil, Hacı Mirəziz Seyidzadə, Kərbəlayi Şirvan və İmran Əbilov qardaşları, Hacı, Nadir, Hacı Fəxrəddin, Hacı Elçin, Hacı Sədi, Rövşən, Hacı Muradxan və oğlu Elxan, Hacı İmanverdi Əbilov, Kərbəlayi Nəriman, Hacı Cəfər və Rizvan qardaşları, tanınmış hüquqşünas Əzim Piriyev, tanınmış fermerlər Fəxrəddin və Nurəddin, xidmət yoldaşları Emin Şəkiniski, İntiqam Mirsalayev,  Mürsəl Quliyev, Habil Tağıyev, Sücəddin Hacıyev, tanınmış riyaziyyatçı Nəriman Səbziyev, sədaqətli qohum və dostlardan İlyas Səmədov, Hüseynqulu Məmmədov, Qağayı Məmmədov, Səadət Tağıyev, tanınmış hakim Sabir Qazıyev, qocaman dostlardan Ağabala, Nizami və digərləri ilə həmişə fəxr edib.  Bu şəxslərin və xüsusən də dayısı Vəliağa Səmədovun İltifat müəllimin həyatında və formalaşmasında böyük zəhməti olmuşdur. Bu insanlar Kərbəlayi İltifatın çətin və şən günlərində yanında olub, sevincini və kədərini bölüşüblər.  Bu gün onların hər biri İltifat müəllimi 75 yaşı tamam olması münasibəti ilə təbrik edir, ona uzun ömür can sağlığı arzulayırlar. Məhz bu yadasalmalar və təbriklər Kərbəlayini həyata bağlayır, onu ruhlandırır.  


Kərbəlayi İltifat ailəsi ilə öyünə bilər. Oğlanlarından Şahin və Hafiz, Sevinc və Sevda ali təhsil alıblar, ailəlidirlər. Nəvələrindən Nəzakət və İltifat da ailəlidir, Aydan və Fidan isə tələbədirlər. Bu günlərdə (iyulun 15-i) Kərbəlayi İltifatın ocağına yeni bir nəfəs gəlib. Belə ki, Hacı Cəfər və Rizvanla qohum olduqdan sonra nəvəsi İltifatın oğlu, Kərbəlayinin isə nəticəsi Səid dünyaya göz açıb.   


Biz də redaksiya olaraq İltifat müəllimin 75 yaşı tamam olması münasibəti ilə təbrik edir, onun 100 yaşında da təbriklərimizi qələmə almağı arzulayırıq.


Elvin XƏZƏR
URL / WWW
http://kelam.az/article/a-6801.html