Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » “Genosid Almanax–3” kitabı işıq üzü görəcək
26.07.12 19:55

“İrəli” Ədəbi Məclisinin “Gənc yazarlara dəstək” layihəsi çərçivəsində Almanax silsiləsindən olan 3-cü kitab “Genosid - Almanax” kitabı yaxın vaxtlarda işıq üzü görəcək. “İrəli” İctimai Birliyindən “KƏLAMİNFO”ya verilən məlumata görə, kitabın çap olunmasında əsas məqsəd gənclərin son 100 ildə məruz qaldığımız hadisələrdən və Azərbaycan həqiqətlərindən xəbərdar olmasıdır. Qeyd edək ki, kitabda Üzeyir Hacıbəyli, Əhməd bəy Ağaoğlunun yazıları ilə yanaşı, müasir orta yaşlı nəsil ziyalıların, millət vəkili, tanınmış jurnalistlərin, 30-dan çox gənc yazarın və xarici ölkələrin alim və yazarlarının Qarabağ və soyqırımı haqda məqalələri, əsərləri dərc olunacaq. Xatırladaq ki, “Gənc yazarlara dəstək” layihəsi çərçivəsində indiyədək “Almanax–1”, “Xaç kölgəsi” və “Almanax–2” kitabları işıq üzü görüb. Kitablar 1000 tirajda nəşr olunub. 20-dən çox gənc yazarın əsərləri, eləcə də ivrit, fars, ingilis, rus, ərəb dillərindən tərcümə edilmiş əsərlər çap olunub.
URL / WWW
http://kelam.az/article/a-6792.html